Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

“İradə Gülməmmədova yolun ərazisini satıb” –Hüquq müdafiəçisi

 

Hüquq müdafiəçisi Taleh Xasməmmədov sosial şəbəkədə Abşeron rayonu ilə bağlı maraqlı fotolar paylaşaraq yerli icra hakimiyyətini korrupsiyada ittiham edib.
Yenixeber.org: Həmin statusu təqdim edirik:
“Belə qanunsuzluq nə görməmisiniz, nə də ki, eşitməmisiniz:
Deməli Abşeron rayonu, Masazır qəsəbəsi, Həzi Aslanov küçəsində ikitərəfli avtomobil yolunun tam ortası İcra Başçısı İradə Gülməmmədova tərəfindən vətəndaşlara satılıb. Hal-hazırda orada ağır texnikalardan və usta-fəhlələrdən istifadə edilməklə evlər inşa olunur. Bəli tam olaraq avtomobil yolunun ortasında və elektrik dirəyinin altında!
Bu gün baş verən qanunsuz tikililərin inşası ərazidə yaşayan sakinlərinə etirazına və eyni zamanda gülüşünə səbəb olub. Həqiqətən də inanılmazdır!
Bundan əlavə yerli sakinlər ehtimal edirlər ki, küçənin avtomobil yolu yaxın gələcəkdə “baş yol” olaraq salınacaq. Odur ki, gələcəkdə ərazidə olan evlərin plana düşməsi və dövlətdən külli miqdarda kompensasiya alınması məqsədi üçün bu addım atılmış ola bilər.”

İttihamla bağlı qarşı tərəfi dinləməyə və mövqeyini dərc etməyə hazırıq.

İcra başçısı yolun ərazisini satıb-ABŞERONDA
İcra başçısı yolun ərazisini satıb-ABŞERONDA
İcra başçısı yolun ərazisini satıb-ABŞERONDA


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam