Bununla da “Qismət-M Construction” MMC-nin bəzi vəzifəli şəxslərinin faktiki olaraq vəzifə səlahiyyətlərindən sui-istifadə etdiklərini və vətəndaşa məxsus iki otaqlı mənzili ələ keçirərək mənzilin alınması üçün ayrılmış külli miqdarda pulu mənimsədyiblər.
Qeyd edək ki, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi 174 ömrəli evin, 59 nömrəli mənzili Əliyeva Ələviyyə Dəmqulu qızının mülkiyyətində olmasına baxmayaraq, “Qismət-M Construction” MMC-nin bəzi vəzifəli şəxsləri” köhnə tarixə saxta müqavilə bağlamaqla həmin mənzilə görə ayrılmış pul vəsaitini və mənzilin özünü ələ keçirmişlər. Amma qeyd edilən mənzil tam mülkiyyət hüququ ilə Əliyeva Ələviyyə Dəmqulu qızına məxsusdur və Dövlət Reyestrindən çıxarışı vardır.
“Qismət-M Construction” MMC isə buna məhəl qoymaq niyyətində deyil. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Pilot layihə” kimi qəzalı vəziyyətdə olan və yaşayış üçün yararsız tikililərin sökülərək onların yerində yeni yaşayış binalarının tikilməsi barədə tapşırığı ölkədə uğurla həyata keçirilsə də “Qismət-M Construction” MMC kimi bəzi şirkətlər ölkə rəhbərinin tapşırıqlarına və uğurlu fəaliyyətinə xələl gətirilər.
Hamımıza məlumdur ki, mənzil tikinti kooperativləri vətəndaşları aldadaraq eyni mənzili bir neçə şəxsə satmaqla külli miqdarda vətəndaşlara ziyan vurduqlarına görə rəhbərlik etdiyiniz idarə tərəfindən çoxsaylı MTK rəhbərləri həbs edilmişdir.
Hal-hazırda isə “Qismət-M Construction” MMC-nin bəzi vəzifəli şəxsləri eyni xarakterli fəaliyyətə başlayaraq vətəndaşın mənzilini ələ keçiriblər. “Qismət-M Construction” MMC-nin bəzi vəzifəli şəxsləri tərəfindən başqa şəxslərə qarşı da belə hərəkətlərin edilməsi məlum olmasa da bu halların olması istisna edilmir.
Ələviyyə Əliyevanın bildirir ki, vətəndaşların “Pilot layihə” kimi qəzalı vəziyyətdə olan və yaşayış üçün yararsız tikililərin sökülərək onların yerində yeni yaşayış binalarının tikilməsinə razı olmalarının səbəbi prezident İlham Əliyevin vətəndaşlara verdiyi söz olub: “Lakin “Qismət-M Construction” MMC-nin bəzi vəzifəli şəxsləri” MMC-nin bəzi vəzifəli şəxsləri bu sözü yerinə yetirmək əvəzinə bizim mülkiyyətimizi ələ keçirməklə məşğuldurlar”.
Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.(azxeber.com)