Redaktor seçimi
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Günün xəbəri

ALİ MƏHKƏMƏDƏN BİABIRÇI QƏRAR-SAHİBKAR PREZİDENTƏ MÜRACİƏT ETDİ

 

image here

«Biləcəri Təmir-Quraşdırma Tresti» QTSC-nin sədri Nazim Tahirov Ali Məhkəmənin 30 yanvar 2019-cu il tarixli qanunsuz və biabırçı qərarından Prezident İlham Əliyevə şikayət qəbul edib.
Yenixeber.org: Surəti redaksiyamıza göndərilən şikayətdə deyilir: 
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə!
Çox hörmətli cənab Prezident!
Mən, "Biləcəri Təmir-Quraşdırma" QSC-nin sədri Nazim Tahirov, Azərbaycanın məhkəmə sistemində baş verən görünməmiş haqsızlıqla bağlı Sizə müraciət etmək məcburiyyətində qaldım. 

Azərbaycanda məhz Sizin siyasi iradənizlə bərqərar olmuş hüquqi islahatlar dövlət strukturlarındakı korrupsiya hallarına qarşı mübarizədə ən vacib silahdır. Bu islahatlar eləcə də məhkəmə sistemində aparılmaqdadır. Biz sahibkarlar məhz Sizin dəstəyinizə arxalanaraq özümüzü həmişə güclü və arxalı bilmişik, sizə güvənmişik. Dövlətdən heç bir vaxt maddi vəsait almayaraq, yalnız kollektiv və ailə büdcəmizin vəsaitləri sayəsində işimizi qurur, dövlətmizin iqtisadi cəhətdən daha da güclənməsi yolunda fəaliyyətimizi davam etdiririk. 
Biz sahibkarlar həmişə bir məsələdə də özümüzü dayaqlı hesab edirik ki, əgər hardasa hüquqlarımız pozularsa, mütləq qaydada məhkəmələrdə haqqımızı özümüzə qaytaracağıq. Lakin çox təəssüf hissi ilə bildirirəm ki, son 5 il ərzində Azərbaycanın məhkəmə sistemində baş verən haqsızlıqlar bir yana, bu ilin yanvarın 30-da Azərbaycan Ali Məhkəməsinin sədri cənab Ramiz Rzayev xarici ölkələrin birində olduğu halda, bir telefon zəngi ilə Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının baxışında olan mübahisəli iş üzrə görünməmiş qanunsuz qərar qəbul edildi (hakim Zakir Quliyevin sədrliyi ilə). Bununla da əvvəllər çoxsaylı məhkəmə qərar və qərardadları, eləcə də məhz Ali Məhkəmənin özünün 30 iyun 2017-ci il tarixli (hakim Kəmaləddin Bədəlovun sədrliyi ilə) qərarı ilə (iş № 2-2(102)-252(2017)) mülkiyyət hüququmuz təsdiqləndiyi halda, bütün ümidlərimiz bu dəfə məhv edildi. Beləliklə, Ali Məhkəmənin həmin qanunsuz qərarı ilə bizə məxsus olan, Rusiyanın Nijeqorodskaya şəhərində yerləşən «Vıksunskiy Metallurgiya zavodu» Səhmdar Cəmiyyətindən gətirilmiş böyük diametrli metal borular saxta müqavilələr əsasında qanunsuz iddia irəli sürmüş, Azərbaycanın ədliyyə sistemində çalışan yüksək rütbəli məmurlar tərəfindən himayə edilən «Cənnət Park» MTK adlı bir qurum tərəfindən ələ keçirilmişdir.
Cənab Prezident!
Onu da qısaca olaraq diqqətinizə çatdırıram ki, rəhbəri olduğum QSC-nin mülkiyyəti olan həmin metal borular 16 saylı «Təmir-İnşaat İstehsalat Tresti”nə satılmışdır. Lakin həmin trestin rəhbərliyi borcunu ödəyə bilmədiyindən, həmin metal borular özümüzün mülkiyyətimiz olaraq geri qaytarılmış, məhkəmə qərarı ilə Qaradağ rayonunun ərazisindəki xüsusi mühafizə olunan əraziyə daşınmışdır. Sonradan həmin trestlə əlaqəli olan «Cənnət Park» MTK adlı qurum və onların yaratdığı mütəşəkkil dəstə qeyd olunan metal boruları ələ keçirmək üçün aralarında saxta müqavilə bağlamışlar. Azərbaycan Auditorlar Palatasının auditi Aftandil Adıgözəl oğlu Əliyevin 30 iyun 2014-cü il tarixli və 13 iyul 2016-cı il tarixli yoxlama aktı ilə 16 saylı «Təmir-İnşaat İstehsalat Tresti”nin direktoru Nəsirov Yusif Təvəkkür oğlu ilə “Cənnət Park” MTK-nın rəsmisi Fətullayev Qənbər Bahadur oğlunun arasında bağlanlmış müqavilələrin saxta olduğunu təsdiq edən akt tərtib etmişdir.
Bundan sonra qarşı tərəf saxta iddialarla bizə qarşı məhkəmə çəkişmələri başlatmışdır. Əvvəlcə istər 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi, istərsə də qarşı tərəfin apellyasiya şikayətinə baxan Bakı Apellyasiya Məhkəməsi işin bütün hallarını araşdıraraq həmin metal borular üzərində bizim mülkiyyət hüququmuzu tanımış, 16 saylı «Təmir-İnşaat İstehsalat Tresti”nin direktoru Nəsirov Yusif Təvəkkür oğlu ilə “Cənnət Park” MTK-nın rəsmisi Fətullayev Qənbər Bahadur oğlunun arasında bağlanlmış müqavilələrin saxta olduğunu qərarları ilə təsdiq etmişdir. Nəhayət, bu mülki mübahisəyə Azərbaycan Ali Məhkəməsində də baxılmışdır. Məhkəmə qərarında qarşı tərəfin saxta iddialarına son verən yekun qərar qəbul edilmişdir. Saxta iddiaçı olan «Cənnət Park» adlı MTK-nın sahiblərindən biri Bəylər Xankişiyev adlı şəxs isə oğlu, Bakı şəhəri 54 saylı Notariusun müdiri Xankişiyev Simran Bəylər oğlunu da bu işə qoşaraq saxta sənədləri notarial qaydada təsdiq etdirməklə müəssisəmizin mülkiyyəti olan külli miqdarda əmlakı hədə-qorxu gəlməklə özününküləşdirib ələ keçirmək üçün bütün saxtakarlığa imza atmışdır. Bu dəstəyə isə, təkrar edirəm, Azərbaycan Ədliyyə Nazirliyində və Ali Məhkəmədə yüksək vəzifə tutan şəxslər qanunsuz əsaslarla kömək etmişlər. Ali Məhkəmənin 30 iyun 2017-ci il tarixli qərarında (iş № 2-2(102)-252(2017)) konkret olaraq göstərilir: “16 saylı Tİİ Tresti ilə «Cənnət Park» MTK arasında bağlanmış müqavilənin özündə də qeyd edildiyi kimi, müqavilə bağlandığı andan deyil, “Cənnət Park” MTK tərəfindən 2.099.200 manat məbləğində pul vəsaiti nağd olaraq 16 saylı TİİT-yə verildikdən sonra qüvvəyə minməli idi. Hər iki tərəf hüquqi şəxs olduğundan aparılmış bütün əməliyyatlar, o cümlədən böyük məbləğdə pul vəsaitinin borc olaraq başqa müəssisəyə verilməsi ciddi hesabat sənədi hesab edilən kassa məxaric orderi vasitəsilə rəsmiləşdirilməli, bu hər iki müəssisənin mühasibatlıq sənədlərində, hesabatlarında öz əksini tapmalı, mədaxil və məxaric əməliyyatları aparılmalı idi. Qeyd edilən halları təsdiq edən sübutlar olmadığı halda, borc müqaviləsi borcun real olaraq verilməsini təsdiq edən sübut kimi qiymətləndirilə bilməz. İş materiallarından görünür ki, “Cənnət Park” MTK tərəfindən 16 saylı Tİİ Trestinə 2.099.200 manat məbləğində borcun real olaraq verilməsini təsdiq edən, yuxarıda qeyd olunan hallara dair lazımi sübutlar məhkəməyə təqdim edilməmişdir. Bu barədə “MKM-Mənzil Tikinti Kooperativi”nin hüquqi varisi olan “Cənnət Park” MTK-ya sübutlar təqdim edilməsi təklif edilsə də, məhkəməyə bu barədə heç bir sübut təqdim edilməmişdir”.
Bu isə o deməkdir ki, «Cənnət Park» MTK-nın bu borulara heç bir aidiyyəti yoxdur, ola da bilməz. Əgər həqiqətən də aidiyyəti var idisə, niyə 2014-cü ildən bizə borclu olan 16 saylı «Təmir-İnşaat İstehsalat Tresti” ilə aramızdakı mülki mübahisəyə məhkəmələrdə baxılarkən, ötən 4 ildə qəbul olunmuş qərarların heç birində həmin «Cənnət Park» MTK-nın adı belə yoxdur. Eləcə də onun iddiaçı olması barədə adi bir kağız parçası. Prokurorluq da məlum müqavilənin saxta olmasını araşdırmışdır. Nəsirov Yusif Təvəkkül oğluna həmin boruları götürmək üçün hələ 01.11.2013-cü ildə verilmiş vəkalətnamədə yazılırdı: «Vəkalətnamə №-07. Bu vəkalətnamə verilir Nəsirov Yusif Təvəkkül oğluna (şəxsiyyət vəsiqəsi: AZE-13582422, 20.06.2013-cü ildə Sabunçu RPİ tərəfindən verilib) ondan ötrü ki, o, «Biləcəri Təmir-quraşdırma» Qapalı Tipli Səhmdar Cəmiyyəti ilə 16 saylı İnşaat İstehsalat Təmir Tresti arasında bağlanmış 17 saylı 01 sentyabr 2013-cü il tarixli müqaviləyə əsasən gətiriləcək boruları götürmək üçün. Vəkalətnamə 01 may 2014-cü ilədək qüvvədədir. İmza: 16 saylı İnşaat İstehsalat Təmir Trestinin rəisi Y.T.Nəsirov». Və möhür.
Qeyd olunan boruların istehsalçısı olan Rusiyanın Nijeqorodskaya şəhərində yerləşən «Vıksunskiy Metallurgiya zavodu» Səhmdar Cəmiyyətinin baş direktoru E.B.Stepantsov isə hələ 27 aprel 2016-cı il tarixdə Azərbaycan daxili işlər naziri Ramil Usubova və Rusiyanın Azərbaycandakı səfiri B.D.Doroxinə rəsmi məktub yazaraq 16 saylı İnşaat İstehsalat Təmir Trestinin rəisi Y.T.Nəsirovun borcunun alınaraq qaytarılmasına köməklik göstərilməsini xahiş edirdi. Bundan sonra DİN-nin Baş MCQMİ-nin rəisi, general-mayor Seyfulla Əzimovun imzası ilə E.B.Stepansovun rəsmi sorğusuna rəsmi cavab verilir, məsələyə tam huquqi aydınlıq gətirilir, bir daha bizim həmin boruların mülkiyyətçisi olduğumuz qeyd olunur. Eləcə də həmin boruların 16 saylı İnşaat İstehsalat Təmir Trestinin rəisi Y.T.Nəsirov tərəfindən alındığı, borclu olduğu və malın mülkiyyətçisinin bizim «Biləcəri Təmir-Quraşdırma Tresti» QSC olduğu bir daha təsdiqlənir (məktub və sənədlərin surəti təqdim olunur). Təkrar edirəm, orada «Cənnət Park» MTK adlı hansısa bir qurumun adı çəkilmir. Nə də digər sənədlərdə. 
Başqa sənədlərə də diqqət edək: biz müqavilə öhdəliyini pozduğuna görə 16 saylı İnşaat İstehsalat Təmir Trestinin rəisi Nəsirov Yusif Təvəkkül oğlundan 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməyə şikayət verdik. Məhkəmə prosesində 16 saylı İnşaat İstehsalat Təmir Trestinin rəisi Nəsirov Yusif Təvəkkül oğlu 03 iyul 2015-ci il tarixli, 152 saylı Zəmanət məktubu ilə məhkəməyə müraciət edərək borcunu tezliklə ödəmək barədə üzərinə öhdəlik götürdü, məhkəmə onun bu zəmanət məktubunu işə tikdi, qərarında nəzərə aldı (Zəmanət məktubunun surəti əlavə olunur). Yenə də bu Zəmanət məktubunda «Cənnət Park» MTK adlı iddiaçının adı belə çəkilmir.
Cənab Prezident! Qısa məzmunlu bu həyəcan dolu məktubumda Sizə Azərbaycan Ali Məhkəmə rəhbərliyinin biz Azərbaycan vətəndaşı və sahibkarının məhkəmələrimizdə tapa biləcəyimiz haqq və ədalətə inamımızı necə puç edən qərar qəbul etdiyini diqqətinizə çatdırmağa çalışdım. Hesab edirəm ki, bu Azərbaycan dövlətçiliyinin təməl prinsiplərindən olan ədalət mühakiməsinə vurulan ən ağır zərbədir. Hər il Avropa İnsan Haqları Məhkəməsində məhz Azərbaycan Ali Məhkəməsində qəbul olunmuş belə qanunsuz məhkəmə qərarlarına baxılır, ölkəmizin əleyhinə qərarlar verilir, dövlətimiz cərimə sanksiyaları ilə üz-üzə qoyulur. Dövlətimizin adından belə qərar qəbul edən hakimlər niyə Sizin onlara göstərdiyiniz böyük etimaddan nəticə çıxarmırlar? Hərdən hansısa iş adamının, sahibkarın intihar etdyinin acı xəbərlərini eşidirik. Bu intiharların kökünü araşdıranda məlum olur ki, bir çoxu məhz məhkəmələrdə qəbul edilmiş əsassız və ədalətsiz qərarlardan, illərlə süründürməçilikdən bezərək baş vermişdir. Bəziləri isə məcbur olub Avropa İnsan Haqları Məhkəməsinə şikayət verməli olurlar.
Cənab Prezident!
Mən şüurlu həyatımı xeyirxahlığa, dövlətimə, xalqıma və Prezidentimə xidmətə həsr etmişəm. Lakin Azərbaycan Ali Məhkəməsinin sədri cənab Ramiz Rzayev hansısa yüksək rütbəli məmurların sifarişi ilə Konstitusiyada nəzərdə tutulmuş kollektiv mülkiyyət hüququmuzu bir telefon zəngi ilə qəbul edilən qərarı ilə əlimizdən aldı, Azərbaycan vətəndaşı olaraq ədalət mühakiməsinə olan inamımızı məhv etdi. Cənab Ramiz Rzayev qarşımızda yalnız bir seçim imkanı qoydu: pozulmuş mülkiyyət hüququmuzu Avropa İnsan Haqları Məhkəməsində müdafiə etmək! Lakin mən heç bir halda bunu istəməzdim, amma ikinci bir yolumuz da yoxdur, ona görə də indii çətin seçimlə üz-üzəyik.
Cənab Prezident!
İnanıram ki, müraciətim Sizə çatdırılacaq və bu vəziyyətdə ədalətli qərar qəbul olunmasına, pozulmuş kollektiv mülkiyyət hüquqlarımızın bərpasına kömək edəcəksiniz. Biz sahibkarlar Sizə arxalanır, Sizə güvənirik.
Dərin hörmətlə:
Nazim Tahirov,
«Biləcəri Təmir-Quraşdırma Tresti» QTSC-nin sədri
Bakı şəhəri, 31 yanvar 2019-cu il (tezadlar.az)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam