Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

İntihar edən sahibkarın həyat yoldaşından prezidentə ŞOK MÜRACİƏT -"ƏDALƏTİNİZƏ SIĞINIRAM"

İntihar edən sahibkarın həyat yoldaşından prezidentə ŞOK MÜRACİƏT
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına,
Surəti: Azərbaycan Respublikasının 1-ci Vitse-prezidenti Mehriban xanım Əliyevaya,
Surəti: Azərbaycan Respublikasının Baş Prokuroru cəmab Zakir Qaralova

Yenixeber.org: Bakı şəhəri, Sabunçu rayonu Axundzadə 72 ünvanında yaşayan Nəzirova Gülarə Əlihüseyn qızı tərəfindən

                                                M Ü R A C İ Ə T


Yazıb Sizə bildirirəm ki, mənim həyat yoldaşım – sağlığında 16 saylı İnşaat-İstehsalat Təsərrüfat Trestinin rəhbəri olmuş Nəsirov Yusif Təvəkkül oğlu bu gün də bizə qaranlıq qalan səbəblərdən 2017-ci ilin 25 fevral tarixində özünə qəsd edərək intihar etmişdir.
Hörmətli Cənab Prezident! Biz Sizin bütün ölkə vətəndaşlarına xüsusi qayğı və diqqətinizin hər zaman şahidi olmuşuq. Günü-gündən inkişaf edən Azərbaycanımızda bir insanın – bir vətəndaşın və bütünlükdə olaraq xalqın məhz Sizin siyasətinizin amalı olaraq yüksək mərtəbədə dayandığını görürük və yaxşı bilirik ki, bu gün hər bir azərbaycanlının Prezidenti olan hörmətli İlham Əliyev üçün hər bir vətəndaşın qayğısı həm də onu şəxsən narahat edir.
Bu gün gərək ki düşmən olasan, ölkədə cərəyan edən sosial-iqtisadi inkişafı görməyəsən. Məhz Sizin diqqət və qayğınız, ən başlıcası isə məqsədyonlü siyasətinizin nəticəsidir ki, ölkəmizdə sahibkarlar xüsusi mövqedə dayanırlar, onlara dövlət tərəfindən xüsusi imtiyazlar tanınıb ki, Azərbaycanımızda sahibkarlıq inkişaf etsin.
Mənim həyat yoldaşım da məhz bu diqqət və qayğıya, siyasətə güvənərək uzun müddət sahibkarlıq fəaliyyəti göstərib və zamanında böyük uğurlar əldə edib. Amma sonradan o, dələduzluğun qurbanına çevrildi. Acı nəticəsi göz önündədir. Həyat yoldaşım intihar etdi.
Amma mən onu yaxından tanıyan bir ömür-gün yoldaşı olaraq bildirirəm ki, mərhum Nəsirov Yusif Təvəkkül oğlu hər zaman həyat eşqi ilə yaşayan birisi olub və gələcəklə bağlı həm iş sahəsində, həm də şəxsi həyatında böyük planları olub. Yəni gələcəyini fikirləşən adamın intihara əl atması gərək elə bir halda baş versin ki, onu kimsə buna vadar etsin.
Biz də bundan şüvhəliyik və əlimizdə şübhələnməyə yetərincə əsaslarımız da var.

İntihar edən sahibkarın həyat yoldaşından prezidentə ŞOK MÜRACİƏT

Cənab Prezident! Həyat yoldaşım Nəzirov Yusif Təvəkkül oğlu hələ intiharından bir ay əvvəl, yəni 5 yanvar 2017-ci il tarixində üzləşdiyi bir dələduzluğun qurbanı olaraq son ümid yeri kimi Bakı Apellyasiya Məhkəməsinə müraciət etmiş, orada yaşadığı gərginliyi açıq şəkildə ifadə etmişdir. Yəni bu gün həyat yoldaşımın intihar səbəbini araşdırmağa qalxasalar, onun şəxsən imzaladığı bu sonuncu məhkəmə müraciəti hər şeyi gün kimi ortaya çıxarar.
Cənab Prezident! Amma nədənsə ibtidai istintaq zamanı həyat yoldaşımın onu intihara gətirib çıxaran gərginliyinə səbəb olan hadisələr ciddi şəkildə araşdırılmadı, hüquqi qiymət verilmədi. Halbuki Nəsirov Yusif Baı Apellyasiya Məhkəməsinə müraciətində açıq şəkildə bildirir ki, “Biləcəri” Təmir-Quraşdırma QTSC adlı qurumun rəhbəri olan Tahirov Nazim Mirzalı oğlu tərəfindən aldadılaraq ona qarşı saxta yolla 6 milyon yarım manatlıq borc sənədləşdirilib. Həmin məhkəmə müraciətində mərhum həyat yoldaşım bildirir ki, Tahirov Nazimlə müəyyən müddət biznes ortağı olublar və aralarında yaranmış etimad səbəbindən həyat yoldaşım ona Rusiyanın zavodlarına borclanması səbəbindən kömək olmağa razılaşıb. Yəni Tahirov Nazim yoldaşıma bildirib ki, Rsuiya zavodlarına 6 milyon manatdan artıq borcu var və onu razı sala bilib ki, Azərbaycan məhkəməlrində həyat yoldaşıma qarşı formal iddia qaldırılacaq, guya elə bir iddia qoyulacaq ki, Nəsirov Yusifin Tahirov Nazimə həmin məbləğdə borcu var və həmin məhkəmə sənədi də Rusiyaya göndəriləcək ki, “Biləcəri” Təmir-Quraşdırma QTSC-nin olan borcu bağlansın. Belə bir sadəlövh qərarı səbəbindən, biznes ortağı olduğu Tahirov Nazimin səmimiyyətinə inanan həyat yoldaşım açıq şəkildə onu da bildirib ki, aradakı məhkəmənin formal olduğunu düşündüyündən sonradan məhkəmə qərarına etiraz etməyi belə düşünməyib. Nəticədə beləcə saxta bir borcun məhkəmə tərəfindən rəsmiləşdirilməsi baş verib.
Cənab Prezident! Məhz bundan sonra həyat yoldaşıma sanki etdiyi yaxşılığın əvəzi olaraq yamanlıq edən Tahirov Nazim saxta borcu tələb etməyə başlayır. Və hətta yoldaşımın üzərinə mhəkəmə icraçılarını da göndərir, onun bütün həyatını qaraldır və bu təzyiqlərin sonunda həyat yoldaşım intihar etməyə məcbur olur. Çünki sənədlər onun əleyhinə idi. Halbuki o, bir dələduzluq faktının qurbanı idi.
Cənab Prezident! Bütün bu iddia etdiyimiz şübhəli şəraiti əlimizdə olan əlavə sənədlərlə də üvut edirik. Amma nədənsə həmin şübhələrə ibtidai istintaq zamanı heç bir diqqət ayrılmayıb. Və biz bir azərbaycanlı ailəsi, Azərbaycan vətəndaşları olaraq çox sevdiyimiz Prezidentimizin ədalətinə sığınaraq Sizdən xahiş edirik ki, həyat yoldaşımın intiharına səbəb olan bütün hadisələrə ədalətli hüquqi qiymətin verilməsi üçün hprmətli Baş Prokurorumuz Zakir Qaralova göstəriş verəsiniz.
Cənab Prezident! Biz bir ailə olaraq hər zaman Sizin siyasətinizi dəstəkləmişik bu gün də dəstəkləyirik, sabah da belə olacaq. Və biz bir ailə olaraq inanırıq ki, həyat yoldaşımı intihara qədər aparan, hətta ölümündən sonra da onun adını ləkələməyə çalışan şəxslər layiqli cəzalarını alacaqlar.
Öncədən təşəkkürümü bildirir və ədalətinizə sığınıram. (dia.az)

QEYD: İddia olunanlarla bağlı bütün maraqlı tərəfləri dinləməyə hazırıq...

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam