Redaktor seçimi
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Günün xəbəri

10 ölkəni gözləyən DƏHŞƏTLİ FƏLAKƏT-2019-cu ildə

 

2019-cu ildə 10 ölkəni gözləyən DƏHŞƏTLİ FƏLAKƏT

İRC təşkilatı dünyada bu il ən çox insan fəlakətinin yaşanması ehtimal edilən ölkələrin siyahısını açıqlayıb.

 Yenixeber.org: İlk sırada Yəmən durur.

Səudiyyə-BAE koalisiya liderliyi ilə Husi üsyançıları arasındakı mübarizə 2019-cu ildə də davam edəcək. Bu da Yəmən xalqını çətin günlərin gözlədiyindən xəbər verir.

Demokratik Konqo Cümhuriyyətində davam edən siyasi proses xalqın qıtlıqla mübarizə aparmasına səbəb olur. Bununla da qidaların keyfiyyətinə qarşı bir inamsızlıq mövcuddur. Hətta ölkədə ciddi problemə çevrilən ebolanın da keyfiyyətsiz qidalardan yayıldığı ehtimal edilir.

2011-ci ildən müstəqillikdən iki il sonra Cənubi Dudanda on minlərlə insanın öldüyü müharibənin növbəti il də davam edəcəyi proqnozlaşdırlır.

Əfqanıstanda 2011-ci ildən ABŞ liderliyi ilə başlanan münaqişələr davam edir. Bir vaxtlar məğlubiyyət yaşayan Taliban 2014-cü ildən bu yana irəliləməkdədir.

Venesuelada iqtisadiyyatın tənəzzül etməsi səbəbindən ən azı 3 milyon insan ölkəni tərk edib. Eyni zamanda ölkədə qanun pozmalarının da sayı artmaqdadır.

Cənubi Afrika Cümhuriyyətində 2013-cü ildə silahlı qrupların hakimiyyəti ələ almasından sonra vəziyyət pisləşməkdədir.

Suriyada isə 2013-cü ildən bu vaxta qədər Əsəd hökümətinə qarşı etirazlar davam edir. Təxminən 6.2 milyon suriyalı evlərini tərk edib.

2018-ci ildə Nigeriyada qruplar arasındakı silahlı münaqişələr, su və torpaq üstündə başlayan rəqabət gündən-günə şiddətlənir. Nəticədə iki milyondan çox Nigeriyalı ölkə daxilində yerindən oldu.

Efiopiya 2018-ci ildə ən çox insanın yerindən olduğu ölkədir. 1.4 milyon insan evindən qaçıb.

Somalidəki ölkədə təhlükəsizliklə yanaşı, təbii fəlakətlər səbəbindən 2.6 milyon insan evini tərk edib. Prosesin bu il də davam edəcəyi gözlənilir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam