Redaktor seçimi
Mingəcevirin İcra başçısı kütləvi narazılıq yaradır:  Sahibkar “Seyid”in xatirinə -
Anar Nağıyev beş yüz minlik tədbirləri harada keçirib ki, BSU-da heç kimi xəbəri yoxdu -
Gəncə Dövlət Universiteti belə idarə olunur: gündüzlər rektorun yanında, axşamlar isə...-
MÜLKİYYƏTƏ ZORAKILIQ: “Versal Palace” MTK-nın qanunsuz əməlləri və hüquqi fəsadları
“Olympus” MTK kütləvi narazılıq yaradır:
Abşeronda Birlik sədri “bulanıq suda belə gizlənir”:
Müəllim şərəfinə VƏFAsızlıq nümunəsi: Həm sözdə, həm əməldə RÜSVAYÇILIQ –
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Günün xəbəri

Dünyanın axırına çıxacaq - "Ağ ölüm"

 

Əfqanıstanda tiryək istehsalı 2014-cü ildə xeyli artıb.

 

"Xeberinfo.com":Bu barədə Birləşmiş Millətlərin Narkotik ilə Mübarizə Şöbəsi (UNODC) və Əfqanıstan Narkotik ilə Mübarizə Nazirliyi məlumat verib.

 

Hesabatda bildirilir ki, ötən ildən bəri narkotik istehsalı 7 faiz artıb.

 

Narkotik ilə Mübarizə naziri Din Mohammad Mubarez Raşidi paytaxt Kabildə təşkil olunan mətbuat konfransında 2013-ci ildə 209 min hektar ərazidə tiryək əkildiyini, 2014-ci ilədək bu rəqəmin 224 min hektara çatdığını deyib: “2013-cü ildə 5500 ton narkotik istehsal olunurdusa, cari ildə bu rəqəm 6400 tona çatıb. Bu nisbətə görə, dünya narkotik istehsalının 90 faizi Əfqanıstanda cəmləşib. Hazırda ölkənin 19 şəhərində tiryək əkilir”.

 

Nazirin sözlərinə görə, narkotik istehsalının artması Talibanla bağlıdır: “Narkotik istehsalı Talibanın əsas gəlir mənbəyidir. Narkotik və Taliban arasında möhkəm bağ var. Narkotik istehsalı artdıqca Taliban da güclənir”.

 

BMT Narkotik ilə Mübarizə Şöbəsinin (UNODC) Region üzrə məsulu Andrey Avetisyan bunun Əfqanıstan üçün böyük təhlükə olduğunu deyib. Onun sözlərinə görə, NATO bu ölkəni tərk etdikdən sonra narkotik istehsalı bütün Əfqanıstana yayılıb.

 

Məlumat üçün bildirək ki, 2001-ci ildə ABŞ işğalından sonra ölkədə narkotik ilə mübarizə üçün milyardlarla dollar xərclənib. Rəsmi Vaşinqton xərclərin təxminən 7,6 milyard dollar olduğunu açıqlamışdı.

 

BMT 2013-ci ildə Əfqanıstanda istehsal olunan narkotikin bazarının dəyərinin təxminən 3 milyard dollar, 2012-ci ildə isə bu rəqəmin təxminən 2 milyard dollar olduğunu bildirmişdi. BMT-nin hesabatına görə, Taliban dövründə Əfqanıstanda təxminən 50 min hektar ərazidə narkotik əkilirdisə, indi bu rəqəm 4 dəfə çoxalıb.

 

Əfqan rəsmilərin verdiyi məlumata görə, 2014-cü ildə təxminən 2700 hektar ərazidə əkilən tiryək məhv edilib. 2013-ci ildə bu ərazi 7 min hektara çatdırılsa da, ölkənin müxtəlif bölgələrində tiryəkin məhv edilməsi zamanı yüzlərlə polis həyatını itirib.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam