"SALYANIN "QURBANƏLİ BƏYİ"
İcra başçsı Sevindik Hətəmov niyə Türkiyədən gəlmiş qonaqların qarşısına çıxa bilməyib?
Yenixeber.org: "Bir millət iki dövlət!". Bu fəlsəfə görkəmli dövlət xadimi Heydər Əliyevə məxsusdur. Və uzun illərdir ki, bu milli-mənəvi ideya ən yüksək səviyyədə davam etdirilir. Azərbaycanla Türkiyə qardaşlığına bariz nümunə olan və getdikcə inkişafda olan siyasi-iqtisadi, hərbi əməkdaşlıq deyilənlərin təkzibsiz məntiqi nəticəsidir. Təbii ki, bütün bu münasibətlərin kökündə həm də iki dövlət başçısının-İlham Əliyevlə R.T.Ərdoğanın dostluq münasibəti dayanır. Və bu dostluq hər iki dövlətin bölgələrinə, şəhərlərinə… doğru inkişaf etməkdədir.
Bunları söyləməkdə məqsədim var: Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzi və İctimai Nəzarət Koalisiyası rəhbərliyi də gərgin əməyi ilə iki qardaş ölkənin dostluğunun təməlində dayanan bu ideyanın gələcəyə daşınmasında bütün gücünü səfərbər edib. Əvvəl dedim, nəinki Türkiyə ilə Azərbaycan, eləcə də hər iki dövlətin bölgələri qardaşlaşır, bütövləşir. Bu gün bu ideyanın həyata keçirilməsinə cavab olaraq ötən həftəsonu Türkiyədən gəlmiş və DAMM-nin qonağı olan nümayəndə heyəti Salyan rayon İcra Hakimiyyətinə səfərə çıxmışdı. Amma…
Salyanın icra başçısı Sevindik Hətəmov qonaqlarını qarşılamaq əvəzinə, gizlənib…
DAMM-nin 1-ci vitse-Prezidenti, tanınmış ictimai xadim Rasim Məmmədovun redaksiyamıza verdiyi məlumata görə, əvvəlcədən razılaşdıqları kimi, Salyan rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmovla danışılıb və ona məlumat verilib ki, uzun müddətdir Salyanla qardaşlaşmış Türkiyənin Kahraman Maraş şəhərinin bələdiyyə başqanı Fatih Mehmet Erkoçu rayonda olacaq, görkəmli dövlət xadimi Heydər Əliyevin heykəli ziyarət ediləcək, sonra icra başçısı ilə qısamüddətli görüş keçiriləcək, qardaşlığın yeni istiqamətləri müəyyənləşdiriləcək, Salyanda nəzərdə tutulan böyük bir layihə müzakirə ediləcək və s.
Onu da deyək ki, Türkiyə Cümhuriyyətinin Kahraman Maraş şəhərinin bir milyon iki yüz mindən çox, Salyanın isə təxminən 160 min nəfər əhalisi var.
Beləcə, soyuqlu-yağmurlu havada Salyana qədəm qoyan nümayəndə heyətinin arasında, həmçinin Gürcüstan Parlamentinin deputatı Mahir Dərziyev, əvvəl qeyd etdim, DAMM-nin 1-ci vitse-Prezidenti, İNK-nin sədri Rasim Məmmədov, Türkiyədən gəlmiş digər qonaqlar olmuşlar.
Beləcə, qonaqlar əllərində gül buketləri rayon İcra Hakimiyyətinin qarşısında olan H.Əliyevin abidəsinin önündə gözləsələr də, Salyan rayon İcra Hakimiyyətinin başçısı Sevindik Hətəmov yoxa çıxmışdır. Daha doğrusu, gizlənmiş, telefonunu söndürmüşdür. Sonradan onun əvəzinə qonaqları Salyan rayon İcra Hakimiyyəti başçısının müavini Etibar Hüseynov qarşılamışdır. Hansı ki, Salyan şəhəri ilə Türkiyənin Kahraman Maraş Böyük şəhər Bələdiyyəsinin qardaşlığı neçə illərdir bərqərar olub, əməkdaşlıq-qardaşlıq müqaviləsi imzalanıb.
Bəs nə baş verir? Əgər Salyanın icra başçısı Sevindik Hətəmovun nəsə bir ciddi işi olmuşdursa, bunu təbii qəbul etmək olardı və o, ən azından qonaqlara bunun səbəbini deyib müavininə göstəriş verə bilərdi və s. Axı bu ilin oktyabr ayında Türkiyənin, özü də ermənilərin ən çox məskunlaşdığı Kayseri şəhərinin bir bələdiyyə ərazsində Xocalı soyqırım abidəsinin açılışı oldu və bu sətirlərin müəllifi də həmin tədbirdə iştirak edirdi. Biz Kayseridə elə bir qardaşlıq münasibəti gördük ki, artıq bu ölkədə qonaq olduğumuzu da unutmuşduq. Və Xocalı abidəsinin açılış mərasimində Türkiyə dövlətinin çoxsaylı rəsmiləri iştirak edirdilər, millət vəkilləri, şəhərin bütün rəhbər heyəti açılış mərasimində sonadək bizimlə oldular… Salyanda isə bu münasibətə tamamilə zidd olan hərəkətlər baş verib.
Bilmirəm, sayın Fatih Mehmet Erkoçu böyük ustadımız Cəlil Məmmədquluzadənin «Qurbanəli bəy» hekayəsini oxuyub, ya yox, amma oxuyubsa, deməli, Salyan RİH başçısının vəziyyəti heç də arzuolunan təsəvvürlərdə olmayacaq… Həmin hekayənin baş qəhrəmanı Qurbanəli bəy kefli vaxtı hamını evinə qonaq çağırır, səhəri gün qonaqlar onu sözübütöv adam sayıb qapısına gələndə isə, Qurbanəli bəy qaçıb axurda gizlənir…
Təsəvvür edin, Salyanla qardaşlaşmış Kahraman Maraş şəhərinin bələdiyyə başqanı Fatih Mehmet Erkoçu öz ölkəsinə qayıdandan sonra nə düşünəcək? Hansı ki, o, Salyanda rayonun sosial-iqtisadi inkişafına qardaş töhfəsi vermək üçün böyük bir layihənin icrasını arzulayırdı… Amma…
A.Məmmədli (tezadlar.az)