Redaktor seçimi
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır:
“Əcəmi”də “can bazarı”:
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
TALIBOVLAR SƏRVƏTLƏRİNƏ SƏRVƏT QATIRLAR – Məhərrəm Talıbovun oğullarının dəbdəbəli həyatı.../
Zaur Mikayılov iri şəhərlərdə iri məbləğləri belə “yuyur” –
İcra məmurunun oğluna verilən milyonluq tenderlər -
Bakı-Quba yolunun Ziyalı, əməli Saleh olmayan bəxti....
Zaur Mikayılov Eldar Əzizovun kölgəsində “üzür” –
Günün xəbəri

İlham Əliyevin adından Süleyman Dəmirəlin məzarı önünə əklil qoyuldu

İlham Əliyevin adından Süleyman Dəmirəlin məzarı önünə əklil qoyuldu

Türkiyənin 9-cu Prezidenti, görkəmli siyasi və dövlət xadimi Süleyman Dəmirəlin anadan olmasının 94-cü ildönümü münasibətilə İsparta şəhərinin İslamköy kəndində anma mərasimi keçirilib.

Yenixeber.org: Tədbirdə Süleyman Dəmirəlin prezidentliyi dövründə nazir, millət vəkili və digər siyasi vəzifələrdə təmsil olunan şəxslər, həmçinin onun yaxınları və sevənləri iştirak ediblər.

Mərasim Türkiyənin dövlət himninin səsləndirilməsi ilə başlanıb. Sonra Süleyman Dəmirəlin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Görkəmli dövlət xadiminin məzarı ehtiramla ziyarət olunub.

Abidə-məzar kompleksinin önünə Azərbaycan Prezidenti İlham Əliyevin adından əklil qoyulub.

Tədbirdə Süleyman Dəmirəlin 20 il şəxsi həkimi olan, hazırda Türkiyə Böyük Millət Məclisinin üzvü Aylin Cəsur, Azərbaycanın Ankaradakı səfiri Xəzər İbrahim və başqaları çıxış ediblər.

Səfir Xəzər İbrahim Süleyman Dəmirəlin yaxınlarına Azərbaycan Prezidenti İlham Əliyevin adından başsağlığı verib, mərhum dövlət xadiminin Türkiyə-Azərbaycan dostluğu və qardaşlığı üçün göstərdiyi xidmətlərdən, o cümlədən ulu öndər Heydər Əliyevlə olan səmimi dostluq münasibətlərindən danışıb. Səfir diqqətə çatdırıb ki, Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarında Süleyman Dəmirəlin hər zaman Azərbaycanın yaxın dostu olduğunu və onun xatirəsinin xalqımızın qəlbində daim yaşayacağını ifadə edib.

Digər natiqlər də Süleyman Dəmirəl haqqında dəyərli fikirlər söyləyib, onunla bağlı xatirələrini bölüşüblər.

Sonra iştirakçılar İslamköydəki Süleyman Dəmirəl muzeyində olublar.

Qeyd edək ki, bu muzeydə Süleyman Dəmirəlin ulu öndər Heydər Əliyevlə birgə fotolarından, Azərbaycanla bağlı ona verilmiş müxtəlif hədiyyələr və mükafatlardan ibarət guşə yaradılıb.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam