Redaktor seçimi
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Zaur Mikayılovun Yevlaxdakı kadrı “suları belə bulandırır” –
Günün xəbəri

"Azərbaycanla mövqeyimiz eynidir" - Binəli Yıldırım

 

"Azərbaycanla mövqeyimiz eynidir" - Binəli Yıldırım
Azərbaycan-Türkiyə münasibətləri bütün sahələrdə ən yüksək səviyyədədir. İstər ikitərəfli əlaqələrdə, istərsə də regional məsələlərdə mövqeyimiz eynidir.
Yenixeber.org: Bu fikirləri jurnalistlərə müsahibəsində Türkiyə Böyük Millət Məclisinin sədri Binəli Yıldırım deyib.

Hər iki dövlətin yeni vəzifəyə başlayan rəsmilərinin ilk səfərlərini qardaş ölkəyə etdiyini vurğulayan Binəli Yıldırım deyib: “Bu, ölkələrimiz arasında formalaşan gözəl ənənədir. Biz də bu ənənəni davam etdiririk. Türkiyə Böyük Millət Məclisinin yeni sədri olaraq ilk səfərlərimdən birini dost və qardaş Azərbaycana etmişəm”.

Türkiyə Böyük Millət Məclisinin sədri səfər çərçivəsində bir sıra yüksək səviyyəli görüşlər keçirdiyini, səmərəli müzakirələr apardığını qeyd edib. Ulu öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamını xatırladan parlament sədri ölkələrimiz arasında ticarət əlaqələrinin və qarşılıqlı sərmayə qoyuluşunun genişləndiyini, strateji layihələrin davamlı olaraq həyata keçirildiyini, bütün istiqamətlərdə əlaqələrimizin gündən-günə daha da inkişaf etdiyini vurğulayıb. (AzərTAc)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam