Yevlax maliyyə rəisinin taladığı pulları nəvəsi belə səpələyir
Gəncənin güllələnmiş sabiq meri Elmar Vəliyevin karyerasının sonu onun vaxtilə himayə etdiyi Yevlax rayon Maliyyə İdarəsi rəisi Rza Əliyevin vəziyyətini çətinləşdirib

Yenixeber.org: Maliyyə rəisi E.Vəliyevin sayəsində Kürdəmirə icra hakimi gedəcəyinə ümidlənmişdi. Amma məlum hadisələr nəinki karyera yüksəlişinə olan arzularını dəfn edib, hətta hazırkı maliyyə rəisi postunda qalacağı imkanlarını da məhdudlaşdırıb.
 E.Vəliyevin vəzifəsindən kənarlaşdırılması Yevlax maliyyə rəisinin himayəsiz qalması ilə nəticələndiyi deyilir. R.Əliyevə "krişalıq" etmiş E.Vəliyevin erasının bitməsi onun da maliyyə rəisi kreslosundan gedəcəyini sürətləndirə bilər.

Eyni taleni E.Vəliyevin xalası oğlu olduğu deyilən Bərdə maliyyə rəisi Mehman Allahverdiyevi gözləyir ki, bu haqda növbəti yazıda məlumat verəcəyik.

Hələliksə, R.Əliyevin fəaliyyətinin təftiş olunacağı barədə məlumatlar dolaşmaqdadır. O, 15 ilə yaxın müddətdə Bərdə rayon Maliyyə İdarəsi rəisi vəzifəsində çalışıb. Maliyyə idarəsinin rəisi rayonda villa, Bakıda evlər və obyektlərə sahib olub. 

Hər bir idarədəki "ölü can"lar üçün Rza Əliyev öz hesabını alır. Lazım olanda isə büdcə təşkilatlarına ayrılan əlavə vəsaiti kəsməklə, bağlamaqla idarə müdirinin "belini qırır".

E.Vəliyevə güvənmiş Yevlaxın maliyyə rəisi bu postunda qalmasını ona borcludur. Yəni, nazir Samir Şərifovdan daha çox E.Vəliyevə güvənirdi.

Adı müxtəlif maliyyə xəyanətlərində və maxinasiyalarda hallanmış R.Əliyev isə yenə də ənənəsinə sadiq qalaraq Bərdədəki talan siyasətini Yevlaxda əsirgəmir.

Belə iddialar var ki, R.Əliyev Gəncəyə maliyyə rəisi getməyə hazırlaşırmış. Lakin E.Vəliyevə olan sui-qəsd və terror hadisəsi planlarını alt-üst edib. 

Maliyyə Nazirliyində onun yerinə kimin gətiriləcəyi barədə məsləhətləşmələr aparıldığı deyilir. E.Vəliyevə yaxın kadrların bir-bir vəzifələrdən "təmizlənməsi" prosesi start götürdüyü üçün növbənin Rza Əliyevə də çatacağı istisna edilmir. 

R.Əliyev Bərdədə maliyyə idarəsi olduğu dövrdə bütün idarə və müəsissə rəhbərləri onun icazəsi olmadan işə adam qəbul edə bilmirdi.

Bildirilir ki, Rza Əliyevin icazəsi olmadan və ondan gizlin hansısa bir idarəyə işçi götürlərsə həmin müəsissə rəhbərinin günü qara olurmuş. 

Məsələn, abadlıq-quruculuq və yol tikintisi üçün Prezidentin Ehtiyat Fondundan və dövlət büdcəsindən Bərdəyə 30 milyon manata yaxın pul vəsaiti ayrılmışdı. 

Həmin vəsaitlərin bir qismi (yəni 9,8 milyonu, əgər o da xərclənibsə) Alpoud-Mustafaağalı-Nazırlı və Kolayır-Otuzikilər yolunun tikintisinə sərf olunub. 

Qalan vəsaitin hara sərf olunması məlum deyil. Maliyyə İdarəsinin rəisi bu qanunsuz əməldə pay sahibidir. R.Əliyev həm də məktəb, bağça direktorlarının, idarələrin hər birində maliyyə maxinasiyaları etməkdədir. 

Bu yeyintilər hesabına varlanmış, obyektləri, restoranları olan R.Əliyevin pullarını nəvəsi israf etməkdədir. Cumhuriyyet.net yazmışdı ki, nəvəsi Şahin Şahlarzadə Yevlaxda və Bərdədə "meydan sulayır”. 

İdarə rəisinin kürəkəni işində verdiyi nöqsana görə qovulub. Belə ki, sabiq polis zabiti Vüqar Şahlarzadə indi qayınatasının biznesini idarə edir. Onun oğlu olan Şahin isə babasına – idarə rəisi R.Əliyevə güvənərək kef məclisləri qurmaqdadır.

İddialara görə, Şahinin ətrafındakı bəzi dostları arasında zərərli aludəçi olanlar var. Həmin gənclər R.Əliyevin nəvəsi ilə birlikdə kef-damaqda, müxtəlif yerlərdə istirahətdədirlər. Onlar Şahinin babasının hesabına Gürcüstanda, Türkiyədə, Qəbələ – İsmayıllıda gün keçirirlər. 

Üstəlik, Şahinin Feysbuk səhifəsində qeyri-etik fotolar paylaşdığı bildirilir. Prezident dəfələrlə məmurlara və övladlarına bahalı məclislər qurmamağı, israfçılılıq etməməyi barədə sərt xəbərdarlıqlar edib. Amma təqdim edəcəyimiz video fakt R.Əliyevin nəvəsinin hansı hoqqalardan çıxdığını görəcəksiniz. 

Qeyd edək ki, Maliyyə Nazirliyinin şöbələri əvəzinə, bir neçə rayonun birləşdiyi regional maliyyə departamentləri yaradılacaq. 11 maliyyə departamentinin yaradılması nəzərdə tutulur. 

Departamentin işçi heyəti isə, ləğv olunmuş şöbələrin birinin işçi personalının sayına bərabər olacaq. Yəni, ləğv olunmuş rayon şöbəsinin əməkdaşlarından, yalnız birində olan qədər işçi heyəti saxlanılacaq. Bu sırada Yevlaxın da adı çəkilir.(cahan.info)