Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

Yevlax rayon Maliyyə İdarəsi TALANÇI QURUMA çevrilib -Samir Şərifovun nəzərinə

 

Yenixeber.org: 15 il Bərdədəki idarəni talan etmiş Rza Əliyev əməllərini Yevlaxda davam etdirir. Bu iddia ilə DİA.AZ-a müraciət edən Yevlax sakinləri çıxış edir.
İddiada qeyd olunur ki, R.Əliyev Maliyyə Nazirliyindəki hamiləri hesabına sistemdən kənarlaşdırılmayıb. Bərdəni Yevlaxla əvəzləyən idarə rəisi büdcə pullarının xımır-xımır yeyilməsi üzrə peşəkar maliyyəçidir. 
Onun Bərdədə rəis olduğu dövrdə fəaliyyətini Hesablama Palatası ifşa edib. Amma faydası olmayıb. R.Əliyev Palatanı saymır və hazırda Yevlaxda ənənəsinə sadiqdir. 
Mənbə qeyd edir ki, maliyyə idarəsinin rəisi rayonda villa, Bakıda evlər və obyektlərə sahib olub. Yevlaxda "vəzifəsini” yüksək səviyyədə davam etdirsə, mal-mülkün sayını artıra bilər. 
Bərdədə maliyyə yeyintilərini gizli şəkildə həyata keçirmək R.Əliyevi varlandırıb: "Bir sözlə Rza Əliyev qara maliyyə işinin oırgarıdır və bu yolla özünə böyük sərvət əldə edib".

Maliyyə naziri Samir Şərifovun onun hərəkətlərində xəbərdar olub-olmadığı haqda səhih bilgi yoxdur. Ancaq Rza Əliyevin büdcə təşkilat rəhbərlərinə təzyiqi geniş vüsət alıb. Dia.az-a yazırlar: "Hər bir idarədəki "ölü can"lar üçün Rza Əliyev öz hesabını alır. Lazım olanda isə büdcə təşkilatlarına ayrılan əlavə vəsaiti kəsməklə, bağlamaqla idarə müdirinin "belini qırır"". 

Məhz bu cür metodlarla büdcə rəhbərlərini daimi təzyiq altında saxlayan Rza Əliyev onlar üçün qorxulu kabusa çevrilib. Amma hara qədər?.. Bunu isə hörmətli Samir Şərifov daha yaxşı bilir.

İddia olunanlarla bağlı qarşı tərəfi də dinləməyə hazırıq... 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam