Redaktor seçimi
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Günün xəbəri

Tatevik Revazyanı Arif Məmmədovla kofe içdiyi üçün məhşər ayağına çəkiblər-"Heç bir məsələ müzakirə etmədik, təkcə tanış olduq..."

 

Ermənistanın Mülki Aviasiya Komitəsinin rəhbəri Tatevik Revazyan bir neçə gün əvvəl Paris-Brüssel-Kopenhagen ezamiyyəti zamanı beynəlxalq mülki aviasiya rəhbərlərinin toplantısında azərbaycanlı həmkarı ilə salamlaşıb kofe içdiyi üçün sosial şəbəkələrdə məhşər ayağına çəkilib.

Yenixeber.org: Tatevik Revazyan Azərbaycanın Mülki Aviasiya Administrasiyasının rəhbəri Arif Məmmədovla Ermənistan XİN-lə razılaşdırmadan özbaşına görüşməkdə ittiham olunur. Habelə onu sorğu-suala çəkirlər ki, azərbaycanlı həmkarı ilə nədən danışdığını bütün təfsilatı ilə açıqlasın.

Tatevik Revazyan bu qalmaqala görə yenidən Arif Məmmədovla görüşü haqda izahat verməli olub. “Azadlıq” radiosunun erməni xidmətinə müsahibəsində deyib ki, bu başqa ölkələrin mülki aviasiya rəhbərləri ilə tanışlıq çərçivəsində baş tutmuş qısa, qeyri-formal görüş idi. Və sadəcə olaraq tanışlıq xarakteri daşıdı.

“Əvvəlcədən orada kimlərlə görüşəcəyimi bilmədiyimdən bunu XİN-lə razılaşdırmaq da çətindir. Mən bu səfərə yola düşəndə əvvəlcədən bilmirdim ki, Azərbaycan nümayəndəsi ilə də görüşəcəyəm. Bu planlaşdırılmamışdı...Təsəvvür edin, balaca otaqdır, müxtəlif ölkələrin mülki aviasiya rəisləri ilə birlikdə birlikdə kofe içirik...biz sadəcə olaraq birlikdə kofe içdik, Ermənistanla, Azərbaycanla bağlı olan heç bir xüsusi məsələ müzakirə etmədik, münasibətlərimizdən danışmadıq. Mən Azərbaycanın mülki aviasiya rəisi ilə başqa ölkələrdən olan həmkarlarım kimi sadəcə tanış oldum”-Tatevik Revazyan bildirib.

O qeyd edib ki, mülki aviasiya siyasi təşkilat deyil. “Biz uçuşların təhlükəsizliyini təmin edirik, təhlükəsizliyin təmin olunması üçün isə qonşu ölkələrlə, o cümlədən Türkiyə və Azərbaycanla da ünsiyyət saxlamalıyıq. Əgər havada nəsə baş versə biz bu adamlarla operativ əlaqə yaratmaq imkanında olmalıyıq”-Revazyan deyib.

Ermənistan XİN-in mətbuat katibi Anna Nağdalyan isə bildirib ki, yüksək vəzifəli şəxslərin ezamiyyətləri və bu ezamiyyətlər zamanı keçirəcəkləri görüşlər XİN-lə razılaşdırılır. Amma indiki halda Azərbaycan nümayəndəsi ilə görüş əvvəlcədən planlaşdırılmayıb, deməli razılaşdırıla da bilməzdi.(virtualaz)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam