Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

ŞOK QƏRAR: Cahangir Əsgərov Kollegiyadan uzaqlaşdırıldı

Canik

“Silk Way Holding” MMC-nin prezidenti Zaur Axundov və “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) prezidenti Cahangir Əsgərov Dövlət Mülki Aviasiya Administrasiyasının Kollegiyasının tərkibindən çıxarılıb.

Xeberinfo.com:  APA-nın məlumatına görə, bu, Nazirlər Kabinetinin “Dövlət Mülki Aviasiya Administrasiyasının kollegiyasının tərkibi haqqında” Nazirlər Kabinetinin 2008-ci il 16 iyul tarixli 159 nömrəli qərarında dəyişiklik edilməsi barədə” 2 sentyabr tarixli qərarında əksini tapıb.

Qərara əsasən Dövlət Mülki Aviasiya Administrasiyasının yeni tərkibi təsdiqlənib. Qərara əsasən Kollegiyanın sədri Dövlət Mülki Aviasiya Administrasiyasının direktoru Arif Məmmədov, Kollegiyanın üzvləri Dövlət Mülki Aviasiya Administrasiyası direktorunun müavini Hacıağa Əliyev, Dövlət Mülki Aviasiya Administrasiyasının direktorunun müavini Hacıağa Hacıyev, Aviasiya və hava məkanından istifadə üzrə Dövlətlərarası Şuranın icraçı direktoru Eldar Bağırzadə, Dövlət Mülki Aviasiya Administrasiyasının xarici əlaqələr şöbəsinin müdiri Samir Bağırov, Dövlət Mülki Aviasiya Administrasiyasının lisenziyalaşdırma və reyestrlərin aparılması şöbəsinin müdiri Fariz Əliyev, Dövlət Mülki Aviasiya Administrasiyasının aviasiya təhlükəsizliyi şöbəsinin müdiri Mübariz Əliyev, Dövlət Mülki Aviasiya Administrasiyasının uçuşların təhlükəsizliyinə nəzarət şöbəsinin müdiri Muxtar Kərimov, Dövlət Mülki Aviasiya Administrasiyasının mütəxəssisi-hüquq məsləhətçisi Ələsgər Abdullayev təyin ediliblər.

Kollegiyanın yeni üzvləri sırasında Aviasiya və hava məkanından istifadə üzrə Dövlətlərarası Şuranın icraçı direktoru Eldar Bağırzadə yer alıb. Qərar imzalandığı gündən qüvvəyə minib. (APA)

Cahangir Əsgərovun və onun sahibi olduğu “Silk Way Holding” MMC-nin prezidenti Zaur Axundovun Dövlət Mülki Aviasiya Administrasiyasının kollegiyasından uzaqlaşdırılmasının səbəbləri məlum deyil. Lakin istənilən halda bu, çox ciddi mətləblərdən xəbər verir.  

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam