Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Nərmin Şahmarzadənin işində üç məqam: dövlətə xəyanət, cəsusluq və milli ləyaqətin alçaldılması

 

Vəkil Ramil Rüstəmov: “O, hər birimizin ləyaqətini alçaldıb”

Yenixeber.org: Milli qəhrəman Mübariz İbrahimov haqda səsləndirdiyi fikirlərə görə BDU-nun psixologiya fakültəsinin tələbəsi Nərmin Şahmarzadəyə qarşı Cinayət Məcəlləsinin üç maddəsi ilə iddia ərizəsi verilib.

Musavat.com xəbər verir ki, bunu N.Şahmarzadəni məhkəməyə verən vəkil Ramil Rüstəmov sosial şəbəkədəki statusunda yazıb.

Vəkil bildirib ki, N.Şahmarzadə barəsində 17 dekabr 2018-ci il tarixdə xüsusi ittiham qaydasında Xətai rayon məhkəməsinə müraciət ediblər: “Eyni zamanda onun əməllərində Cinayət Məcəlləsinin 274(dövlətə xəyanət), 276(cəsusluq),283( Milli ləyaqətin alçaldılması maddələrinin olması barədə həmin qadının bütün fəaliyyətinin araşdırılaraq hüquqi qiymət verilməsi barədə ərizələrlə Dövlət Təhlükəsizlik Xidmətininin, Baş Prokurorluğun, Daxili İşlər Nazirliyinin rəhbərlərinə rəsmi müraciətlər etmişik.

vÉkil Ramil RüstÉmov ile ilgili görsel sonucu

Bildirirəm ki, həmin qadın Milli qəhrəmanımız Mübariz İbrahimov haqqında təhqiramiz və böhtan sözlər söyləməklə milli qəhrəmanımızı ağır və xüsusilə ağır cinayət törətməkdə ittiham edir və eyni zamanda uşaq qatili erməni əsgərinin yerləşdiyi ərazini bizim ərazi kimi deyil, onların ərazisi kimi bildirməklə bizim ərazi suverenliyimizin və ərazi bütövlüyümüzün tanımadığını bildirir, həmçinin xalqımızın, bütün türk dünyasının milli ləyaqətinə, qürur mənbəyinə çevrilmiş Milli qəhrəmanımız Mübariz İbrahimova qarşı etdiyi həmin qadın qanunsuz əməli ilə bizim hər birimizin milli ləyaqətini alçaltmağa yönəldib. Mən hesab edirəm ki, həmin qadının əməlində cinayət əməli var və qanuna müvafiq olaraq hüquqi qiymət verilməklə cəzalandırılmalıdır”.(müsavat)

Sevinc


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam