Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

MTN generalının villasında usta işləyənlərin məhkəməsində: “Zərərçəkən ölkədən qaçıb”

Nərimanov Rayon Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Monitorinq Mərkəzinin həbsdə olan sabiq rəisi, general-mayor Teymur Quliyevin villasında usta işləyən və həbs edilən iki qardaş – Ramil Aslanov və Vasif Aslanovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Xeberinfo.com:   Bu barədə vəkil Adəm Məmmədov məlumat verib.

Vəkil bildirib ki, hakim Samir Məmmədovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkən Samir Əliyev barəsində məcburi gətirilmə ilə bağlı qərar çıxarılsa da, o, məhkəməyə gəlmir: “Bizdə olan şifahi məlumata görə o, Türkiyəyə qaçıb. Bütün cinayət işi onun ifadəsindədir. Nə şahid var, nə də başqa sübut. Ona görə mən vəsatət verdim ki, Dövlət Sərhəd Xidmətinə sorğu verilsin və Samir Əliyevin harada olduğu müəyyən edilsin”.

Məhkəmə prosesi mayın 19-a qədər təxirə düşüb.

Qeyd edək ki, Ramil və Vasif Aslanov qardaşları barəsində Nərimanov rayon Prokurorluğunda cinayət işi başlanıb. Onlar Cinayət Məcəlləsinin 145.2.4-cü (qanunsuz azadlıqdan məhrum etmə bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə) və 221.2.1-ci (xuliqanlıq, bir qrup şəxs tərəfindən və ya təkrar törədildikdə) maddələri ilə təqsirli biliniblər. (Lent.az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam