Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Millət vəkili Mübarizə "qatil" deyən psixoloquYIXIB-SÜRÜDÜ

 

Millət vəkili Mübarizə "qatil" deyən psixoloqu YIXIB-SÜRÜDÜ

“Onun özü cinayətkardır, düşməndir, vətən xainidir, ruhi xəstədir”.

Yenixeber.org: Bu sözləri millət vəkili Elman Məmmədov özünü “psixoloq” kimi qələmə verən Nərmin Şahmarzadənin Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov haqqında söylədiyi aşağılayıcı fikirləri şərh edərkən deyib.

“Mübariz İbrahimov Azərbaycanın Milli Qəhrəmanıdır, Azərbaycanın fəxri və qürurudur. Onun fikirlərinə hüquq-mühafizə orqanları biganə qalmamalıdır. Həmin adam haqqında qanunla ciddi ölçü götürülməlidir. Onun fikirləri cinayət tərkibli fikirlərdir. Milli Qəhrəmanımız barədə aşağılayıcı ifadələr işlədən cəzasını almalıdır. Milli Qəhrəman ilk növbədə şəhiddir, vətən uğrunda canını verib. Milli Qəhrəmanın ünvanına təhqiramiz ifadələr işlətmək cinayətdir”, - millət vəkili qeyd edib.

Qeyd edək ki, N.Şahmarzadə Mübariz İbrahimovu "cinayətkar və qatil” adlandırıb. Sosial şəbəkə hesabında ciddi etirazlara səbəb olan statusunda bildirib ki, döyüş olmadan, vətəni, yaxınlarını, öz canını itirmək təhlükən olmadan birini öldürürsənsə, bu, qəddarlıqdır.

“Bəlkə də öldürdüyü erməni əsgəri bütün prosseslərdən sonra doğulmuş, zərrə günahı olmayan, sərhəddə qalarkən qorxu keçirən, evə qayıtmaq üçün gün sayan biri idi. Əslində, qəhrəman dediyimiz şəxs dövlətə siyasi olaraq təhlükə yaratmışdı. Bu yazı kimisə təhqir və ya gözdən salmaq məqsədilə yazılmayıb, sadəcə hər şeyi kor-koranə qəbul etmək asana qaçmaqdır”, - deyə o qeyd edib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam