Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Bu il Almaniyaya nə qədər qaçqın gəlib?

Bu ilin əvvəlindən Almaniyaya təqribən 100 min qaçqın gəlib.

Yenixeber.org: AFR daxili işlər naziri Horst Zeyehofer bu məlumatı oktyabrın 10-da mühafizəkar XDİ/XSİ bloku fraksiyasının iclasında elan edib.

Adətən noyabr və dekabr aylarında Almaniyaya miqrant axını azalır. Buna görə DİN rəhbəri hesab edir ki, bu il miqrantların ümumi sayı 200 mini aşmayacaq.

Zeyehofer əvvəllər bu rəqəmi hədəf göstəricisi adlandırır və deyirdi ki, “bu, bizim gücümüz xaricindədir” və belə hallarda “inteqrasiya köməyə gələcək”. Nazir deyirdi: “Hesab edirəm ki, bu həddin hər hansı şəkildə aşılması ifrat yük olacaq”. Zeyehofer hələ iyun ayında ehtiyatla söyləyirdi ki, “böyük koalisiya” tərəfindən miqrantların sayı üçün oriyentir kimi göstərilən 180-220 min rəqəmi “əslində daha çox ola bilər”.

Parlamentdə Sollar partiyası fraksiyasının daxili siyasət üzrə eksperti Ulla Yelpke nazir tərəfindən bu cür söhbətləri “araqızışdırma” adlandırırdı.

Sentyabrın ortalarında 376 nəfər aktyor, rejissor, jurnalist, alim, rəssam və musiqiçi, o cümlədən Berlin Kinofestivalının rəhbəri Diter Kosslik, rejissor Eberhard Keler, yazıçı Tereziya Mora və başqaları Zeyehoferi istefaya göndərməyə çağıran məktubu imzalayıblar. Bu məktubu imzalayanların sözlərinə görə, nazir “immiqrant mənşəli 18,6 milyon nəfəri girov götürüb və onları problemlərin mənbəyi elan edib”.(AZƏRTAC)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam