Redaktor seçimi
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Günün xəbəri

İDDİA: Oğurluq olunan Mərkəzi Elmi Kitabxananın idarəçiləri kimlərdir? -Həkim, xaloğlu, bacıoğlu, kürəkən, rəfiqə və...

İDDİA: Oğurluq olunan Mərkəzi Elmi Kitabxananın idarəçiləri kimlərdir?
 Bir neçə gün əvvəl bəzi saytlarda “AMEA-nın Mərkəzi Elmi Kitabxanasından oğurluq olub - Kitabxanadan 160 kompüter aparılıb” başlığı altında xəbər yayımlanmışdı. Bu hadisə isə sözügedən qurumun diqqətə gəlməsilə nəticələnib. Belə ki, Mərkəzi Elmi Kitabxana ilə bağlı redaksiyamıza ilginc iddiaların yer aldığı məlumat göndərilib.
Yenixeber.org: Həmin məlumatı olduğu kimi təqdim edirik:

"Görünür saytların məlumatı yox idi ki, orada nələr baş verir, hamısını yazsınlar. İndi isə məlumat veririk ki, biləsiz Mərkəzi Elmi kitabxananın idarəçiləri kimlərdir.

Mərkəzi Elmi Kitabxanada direktorun müavinləri və aparıcı şöbənin müdirləri qohum, qardaş, rəfiqələrdən təşkil olunub. Belə ki, Mərkəzi elmi Kitabxanaya ixtisasca həkim olan Leyla İmanova rəhbərlik edir. Leyla xanım həmçinin AMEA-nın İqtisadiyyat İnstitutunun direktoru Nazim İmanovun həyat yoldaşıdır. O, Mərkəzi Elmi Kitabxanaya direktor təyin olunduqdan sonra kitabxana kollektivi təəccüb doğuran hadisələrlə rastlaşdı. Qeyri ixtisas sahibləri kitabxanada mühüm vəzifələrə yerləşdirildi. Xanım direktor qardaşının kürəkəni, həm də həyat yoldaşı Nazim İmanovun bacısı oğlu Məmmədov Ruzi Məharət oğlunu Yüksək Texnologiyalar və Layihələr üzrə, Ruzi Məmmədovun dostu Aslanlı Fuad Çingiz oğlunu ümumi işlər üzrə, bibisi oğlu Əliyev İbad Barat oğlunu Təsərrüfat İşləri üzrə direktor müavinləri təyin edib. Xalası oğlu Quliyev Elman Rəqəmsallaşma, rəfiqəsi Səfərova Aygünü isə kitabxana xidməti şöbələrinə müdir təyin edib".

Daha sonra dia.az-a göndərilən məlumatda qeyd olunur: "“Ailə ansanbıl”ına çevrilən kitabxanada onlarla digər mütəxəsis kadırlar qeyri-peşəkarlarla əvəzlənib. Belə vəziyyəti, o cümlədən kitabxanada baş alıb gedən narazılıqları isə AMEA-nın prezidenti Akif Əlizadə görmək istəmir, hər hansı tədbir də indiyə qədər görməyib. Belə olan təqdirdə, Kitabxanada olan nadir və qiymətli kitabların, həmçinin elmi vəsaitlərin aqibəti ilə kim məşğul olmalıdır? - sualına cavab axtarılmalıdır. Kitabxana kollektivi üçün heyrət yaradan odur ki, kitabxana işindən məlumatsız olan Leyla İmanova və yuxarıda adını sadaladığımız çevrəsi həm də idarə heyətinin üzvləri olaraq, bu işləri necə həyata keçirilməsini bilmirlər".

İddia olunanlarla bağlı bütün maraqlı tərəflərin mövqelərini işıqlandırmağa hazırıq...(dia.az)

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam