Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

1920-ci ilədək Azərbaycanda nə qədər ali təhsilli olub?- İNANILMAZ RƏQƏM

 Riyaziyyat və Mexanika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Misir Mərdanov və Bakı Avrasiya Universitetinin professoru Ədalət Tahirzadənin həmmüəllifi olduğu "1920-ci ilədək ali məktəblərdə oxumuş azərbaycanlılar" ensiklopedik soraq kitabının 1-ci cildi işıq üzü görüb

Yenixeber.org: Riyaziyyat və Mexanika İnstitutundan verilən məlumata görə, nəşrdə 1918-1920-ci illərdə Azərbaycan Cümhuriyyətinin ali təhsilli bütün müsəlman dövlət adamlarının sənədli tərcümeyi-halı toplu halında ictimaiyyətə təqdim edilir.
Sovet dönəmində iddia edilirdi ki, 1920-ci ilədək yalnız 62 ali təhsilimiz olub. Bu kitab həmin iddianın puç və yalan olduğunu ifşa edir və müəlliflərin Bakıdan başqa Moskva, Sankt-Peterburq, Qazan, Saratov, Kiyev, Xarkov, Odessa, Tallinn, Tiflis... kimi şəhərlərdəki mərkəzi arxivlərdə uzunmüddətli gərgin araşdırmalar apardıqdan sonra oradan gətirdikləri zəngin bəlgələr, sənədlər əsasında qələmə alınıb.
Birinci cilddə soyadları "A" hərfi ilə başlanan 77 soydaşımız haqqında məlumat verilir. Əsər bütün təbəqələrdən olan oxucular üçün nəzərdə tutulub.
Kitabın elmi redaktoru AMEA Tarix İnstitutunun direktoru, AMEA-nın həqiqi üzvü, professor Yaqub Məmmədovdur.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam