Redaktor seçimi
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Zaur Mikayılovun Yevlaxdakı kadrı “suları belə bulandırır” –
Günün xəbəri

Mövsümi xəstəlikdən uşaqları necə qoruyaq?- Pediatr

"Virusun yayılması havanın dəyişkənliyi ilə bağlıdır".

 

 

Yenixeber.org: Mövsümlə bağlı xəstəliklər yavaş-yavaş artmaqdadır. Son günlər ölkədə burun axması, boğaz ağrısı, halsızlıq və hərarətin yüksəlməsi ilə müşayiət olunan virus epidemiyası yayılıb. Mütəxəssislərin rəyinə görə, xəstəlik qripə bənzəsə də, qrip virusu deyil.

 

Respublikanın baş infeksionisti Cəlal İsayev həmin virusun yayılmasının havanın dəyişkənliyi ilə bağlı olduğunu deyib:

 

“Qrip virusları zamanı xəstəlik adətən daha ağır keçir, ilk günlər intoksikasiya əlamətləri olur, sonradan zökəm əlamətləri də qoşulur. Bu xəstəlikdə isə zökəmlə intoksikasiya əlamətləri eyni vaxtda başlayır və ağırlığı ilə nəzərə çarpmır”.

 

Həkim bildirib ki, xəstəlik yüngül keçdiyi üçün virusa yoluxanlar ev şəraitində müalicə olunaraq 2-3 günə sağalırlar. O, bu cür infeksiyalara yoluxmamaq üçün güclü immunitetə malik olmağın vacibliyini bildirib:

“Bu isə daha çox qidalanmadan asılıdır. Daha çox zəif immunitetə malik olanlar belə viruslar zamanı daha tez xəstəliyə yoluxurlar”.

 

Bəs mövsümün ilk xəstəliyinə yoluxmamaq, xüsusilə uşaqları bundan qorumaq üçün nələr edilməlidir?

 

Pediatr Vaqif Qarayev belə mövsümü xəstəliklərdən xüsusilə uşaqları qorumaq üçün görülməsi vacib olan tədbirlər barədə məlumat verib. Pediatr bildirib ki, virus infeksiyalarından qorunmaq üçün ilk növbədə əllər təmiz olmalıdır:

“Əlləri tez-tez yumaq vacibdir. Xüsusilə ictimai nəqliyyatdan istifadə edib evə gələndə. Qoruyucu maskalardan istifadə edilməsini də xüsusi vurğulamalıyam. Uşaqları isə belə viruslardan xüsusilə qorumaq lazımdır. Valideylər uşaqların da əlini tez-tez yumalıdır. Hava imkan verdikcə təmiz havada çox olmalıdır uşaqlar. Çox isti geyindirmək, uşağın ağız-burnunu bağlamaq olmaz. Bu, usağı qorumur, əksinə, zəiflədir. Uşaqları insanların sıx toplaşdığı məkanlara aparmamaq məsləhətdir.

Uşaqlar bol maye və meyvə-tərəvəz qəbul etməlidir”. (Axar.az)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam