Laçın təhsil və maliyyəsi Həsənov qardaşlarının tapdağı altında inildəyir
Yenixeber.org: Təhsil və Maliyyə idarələrini Nicat və Vüsal Həsənov qardaşları bazara döndərib. Laçının Şeylanlı kəndindən məcburi köçkün Baxışov Müqabil Baxış oğlu da bu faktı təsdiqləmişdi.
Nicat Həsənov Dövlət qulluğu haqda Qanunun tələblərini pozmaqdan belə çəkinmir. Digər tərəfdən N.Həsənov əsl pedaqoqları təhsil sahəsindən uzaqlaşdırmaqla baza təhsili müəllim olmayan və dolayı yollarla özü kimi yenidən hazırlanmadan diplom əldə etmiş “kadrlara” vəzifə satır.
N.Həsənov məktəb direktoru işləyən yaxın qohumlarına Naxçıvan Muxtar Respublikasında və hətta xaricdə yaşayan şəxslərin adına əmək haqqı yazdıraraq özü mənimsəyir. İmtahandan keçib Laçın Rayonuna müəllim kimi təyinat almış başqa rayonların sakinləri bir saat da olsun dərs tədris etmədən ayda bir dəfə jurnal yazmaqla staj qazanır və adına yazılmış əmək haqqını N.Həsənova nəzir edir.
Bu alverçi təhsil şefi eyni zamanda Laçın Rayon Maliyyə İdarəsinin müdiri işləyən qardaşı V.Həsənovla da maxinasiyalar yaradaraq dövlət əmlakını qarət edir. Rayon məktəblərinə məktəblərin qızdırılması, dəftərxana ləvazimatlarının alınması və inventar və avadanlıqların alınması, cari və əsaslı təmir üçün ayrılmış yüz minllərlə vəsaiti əlbir olaraq mənimsəyirlər.
Bir neçə ay əvvəl sosial şəbəkə istifadəçisi Abdul Abdullayevin prezident İlham Əliyev cənablarına ünvanladığı Laçın rayon Təhsil Şöbəsində baş verən qanunsuzluqlarla bağlı müraciəti olmuşdu. Abdul Abdullayev yazırdı ki, Nicat Həsənov işlə bağlı etdiyi ərizəsinə cavab məktubu göndərib.
Məktubda göstərilib ki, yaşadığım Şəki Yeni Çələbixan qəsəbəsində fəaliyyət göstərən Laçın Kaha tam orta məktəbində 18 nəfər texniki işçi fəaliyyət göstərir. Ancaq məktəbin tabelində 11 nəfərin adı göstərilib. Belə başa düşmək olar ki, yəqin yerdə qalan 7 nəfərin əmək haqqı kartı rüşvətxor Nicat Həsənovun öz cibindədir.
Nicat bəyin çirkin əməlləri dözülməz həddə çatıb. Bu məmura dayan, dur sözü deyən yoxdur, təhsilimizi bazar qaydası ilə idarə edir. Nicat Həsənov Laçın məktəblərində ailəvi ansambl yaradıb. Cənab Prezident! Sizdən artıq dərəcədə xahiş edirəm ki, bu məmur haqqında ciddi tədbir göstərəsiniz”.
Laçınlı Baxşeyiş Xudayarov da prezidentə müraciətində təhsil şöbəsi müdirini ifşa etmişdi. Onun sözlərinə görə, 2017-2018 tədris ilinin şəbəkələrini direktorların istədiyi kimi(sinif kompleklərini normadan artıq saxlamaq) təsdiq etmək üçün direktorların hər birindən 1500-2000 manat rüşvət alıb.
Məktəb direktorları bu vəsaiti müəllimlərdən kütləvi şəkildə toplayıblar. Müəllimlərin mütləq əksəriyyəti buna etiraz etsədə direktorlar dərs saatarının az olcağını dilə gətirərək müəllimləri susdura biliblər.
Təhsil nazirliyi yoxlama aparsa N.Həsənovun Təhsil haqqında Qüvvədə olan normativ hüquqi aktların tələblərini pozaraq ümumtəhsil məktəblərində sinif komplektlərini normadan artıq saxlanılması üçün direktorlara 3-4 uşağın adına heç bir istisna olmadığı halda şəbəkə tutdurub sinif saxladığı aşkar olar.
N.Həsənov Bakı şəhər orta ümumtəhsi l məktəblərdə oxuyan 9, 10,11-ci sinif şagirdlərinin hər birindən 500 manat rüşvət alaraq Laçın rayonunun Bakı Şəhərində yerləşən 50-dən çox orta ümumtəhsil məktəblərinin 9,10,11-ci siniflərinə qəbul edib və N. Həsənov bu şagirdlərin hər birindən direktorlar vasitəsi ilə bir tədris ili üçün 1000 manat rüşvət alaraq məktəbdə dərs məşğələlərində iştirak etməmələri üçün şərait yaradır.
Təhsildə hər bir islahat LRTŞ-də böyük korrupsiya mənbəyi deməkdi.Müəllimlərin diaqnostik qiymətləndirlməsində aşağı nəticə göstərən müəllimlərə dərs saatları rüşvət qarşılığında verilir. Təhsil nazirliyi araşdırma aparsa müəllimlərin diaqnostik qiymətləndirlməsində 10 baldan aşağı nəticə göstərən müəllimlərin 24-36 saat dərs tədris etdiyi aydın olar.
Cənab Prezident Sizin hər dəfə korrupsiya qarşı mübarizə ilə bağlı çıxşlarınızda İctimai nəzarətin gücləndirilməsi üçün vətəndaşları bir daha fəallığa səsləməyiniz və bu nəzarət olmadan korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizədə qalib gəlməyin mümkün olmayacağını deməyiniz biz vətəndaşları cəsarətləndirsədə Sizin korrupsiya və rüşvətxolrluğa qarşı ciddi mübarizə apardığınız bir dövürdə Laçın rayon təhsil şöbəsində korrupsiya və rüşvətxolruğun belə asan tuğyan etməsi biz vətəndaşları təəccübləndirir”.(cahan.info)
Adı çəkilən şəxslərin ittihamlaa münasibətini dərc etməyə hazırıq.