Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

Prezidentliyə sabiq namizəd Kəmaləddin Qafarovu yıxıb-sürüdü:“43 milyonu hansı vicdanla…”

 

 Prezidentliyə keçmiş namizədlərdən olan, hazırda Almaniyada yaşayan İlqar Altay da Milli Onkologiya Mərkəzi (MOM) direktorunun müavini, deputat Kəmaləddin Qafarovu sərt tənqid edib.

 

Yenixeber.org: Son zamanlar tanınmışlar Milli Onkologiya Mərkəzindəki rüşvətxorluqla, dərman satışı ilə bağlı həyəcan təbili çalırlar. Vəkil Aslan İsmayılov onlardan biri idi.

 İlqar Altay

Bu dəfə İ.Altay da vəziyyətin ciddiliyini ictimaiyyətin diqqətinə çatdırıb. Ortaya çıxan yeni faktlar K.Qafarovun millət vəkili fəaliyyətinin üzərindən xətt çəkir.

Məlumata görə, söhbət “Turan” İnformasiya Agentliyinin araşdırmasından gedir.

Milli Onkologiya Mərkəzi (MOM) qanunla müəyyən olunmuş qaydanı pozub, “Azeri Med” şirkəti ilə heç bir tendersiz, 43 milyon manatlıq alqı-satqı aparıb.

Prezidentliyə sabiq namizəd feysbuk səhifəsində yazıb ki, bu şirkətin sahibi MOM baş direktorunun birinci müavini, deputat Kəmaləddin Qafarovdur.

Kəmaləddin Qafarov
Kəmaləddin Qafarov

“Demək, möcüzəyə baxın ki, doktor Qafarov həm dövlətin 43 milyon dövlət manatın verib alandır, həm də ki, şirkətin 43 mln manatlıq malını satan.

Deməli, sehrli Azərbaycanın doktor deputatının bu məsələdə şəxsiyyəti ikiləşərək, Qafarov 1 ilə 2 külli məbləğdə alver edib. 43 milyon yeyilib. Cinayət Məcəlləsində bir neçə maddəsi pozulub.

Sənin kifayət qədər imkanın var ki, ölkənin o saysız-hesabsız digər iqtisadi, biznes sahələrinə girişib bundan da xeyli çox, asan, hazır gəlir əldə edəsən.Amma, axı 43 milyon onkoloji xərçəng xəstələri üçün ayrılmış puldur!

Dünyanın ən müdhiş qan-qadalı xəstəliyinə tutulmuş, bədbəxt insanların vəsaitidir . Sən, hansı insanlıq, qeyrət, vicdanla…Sonra deyirik nədən dünya şahmat Şahımız toy müğənnisinin ümidinə qalıb? Həmin möcüzədir”.

Milli Onkologiya Mərkəzi (MOM)
Milli Onkologiya Mərkəzi (MOM)

Qeyd edək ki, Milli Onkologiya Mərkəzi (MOM) avqustun 3-də “Azeri Med” MMC ilə tibbi ləvazimatlar, sarğı materialları, dərman preparatlarının alınmasına dair 10 mln. 120 min manatlıq ($5 mln. 952 min) müqavilə imzalayıb.

Bu, tərəflər arasında bu məqsədlə imzalanmış sayca beşinci oxşar müqavilədir, baxmayaraq ki, müalicə müəssisəsi cəmi bir alqı-satqı müsabiqəsi keçirib.

Bu ilin yanvarından MOM “Azeri Med” MMC ilə tibbi ləvazimatlar, sarğı materialları, dərman preparatlarının alınmasına dair ümumi dəyəri 29 mln. 617,6 min manat ($17,4 mln.) olan müqavilələr imzalayıb.

Müstəqil jurnalist araşdırmaları nəticəsində müəyyən edilib ki, MOM-da müayinə və müalicə pulsuz deyil və xərçəng xəstələri hər müalicə kursuna görə bir neçə min manat pul xərcləyir.

Qanunvericiliyə uyğun olaraq, müqavilə predmetinin müxtəlif yerlərə bölünməsi cinayət əməlidir və cəza tədbirlərindən biri iki ilə qədər həbsdir, əgər dövlətə ziyan xüsusilə iri məbləğdədirsə, bu müddət iki dəfə artırılır.

Bu il MOM və “Azeri Med” MMC arasında ümumilikdə 43 mln. 170 min manatlıq ($25,4 mln.) 11 alqı-satqı müqaviləsi imzalanıb.

“Azeri Med” MOM-nin baş direktorunun müavini, Milli Məclis üzvü Kamaləddin Qafarova məxsusdur.

Cinayət Məcəlləsinin 308-2.3 maddəsinə əsasən, bir biri ilə əlaqəli şəxsləri alqı-satqı proseduruna buraxanlar 2 ildən 4 ilə qədər azadlıqdan məhrum edilə bilər.

“Azeri Med” MMC (VOEN 1500072561) 2004-cü ildə təsis edilib. Kəmaləddin Qafarovun ailəsi həmçinin “Kanon” MMC, “Mega Pharmacy” MMC, “Azeri Med MNK” MMC, “Versal” MMC, “Versal Palace” MMC, “Naturalist” firmasına nəzarət edir.Yunis/AzEuroNews.com/


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam