Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

Kamera, mikrafon fobilası olan “lal deputat”:Kəmaləddin Qafarov susur, rüşvət danışır

Kamera, mikrafon fobilası olan “lal deputat”:

 

Yenixeber.org:   Redaksiyamızın elektron poçtuna orujov.elxan@mail.ru elektron ünvandan yazı daxil olub. Yazıda Milli Məclisin üzvü Kəmaləddin Qafarovun deputat kimi fəaliyyətsizliyindən, biznes şəbəkəsindən və direktor müavini olduğuMilli Onkologiya Mərkəzindəki qanunazidd əməllərdən bəhs olunur. Mövzuya ictimai marağı nəzərə alıb, yazını olduğu kimi dərc edirik:

Azərbaycanın regionda mövqeyinin möhkəmlənməsi ölkəmiz ətrafında siyasi prosesləri daha da sürətləndirir.  Sağdan soldan Azərbaycana qarşı qurulan planlar isə hər bir dövlət yetkilisindən daha yüksək məsuliyyət tələb edir. Bu gün artıq parlament üzvləri yalnız səsvermə prosesi ilə kənarda qala bilməzlər. Son vaxtlar Araz Əlizadə, Arif Rəhimzadə kimi deputatların  dövlətçilik tariximizə qarşı çıxışları millət vəkillərinin daha aktiv siyası mövqe göstərmələrini şərtləndirir.

Təəssüf ki, bəzi deputatlar açıqlamaları, müsahibləri ilə gündəmə gəlsələr də, mətbuata ümumiyyətlə çıxışı olmayan, haqqında barmaqla sayılacaq qədər az yazı çıxan millət vəkilləri də var.  Belə deputatlardan biri də 9 saylı Binəqədi İkinci Seçki Dairəsindən deputat seçilən Kəmaləddin Qafarovdur. Sən demə parlamentin passiv deputatlarından olan bu şəxs biznes sahəsində kifayət qədər aktiv imiş. Onu da bildirək ki, deputat seçildiyi ötən dövr ərzində bu şəxs ümumiyyətlə mətbuatdan kənar qala bilib. Belə ki, dünyanın ən məşhur axtarış sistemi olan "google”də Kəmaləddin Qafarov adını yazdığımızda çox az sayda nəticə çıxır ki, bunun da 90 faizi parlament seçkiləri ərəfəsinə təsadüf edir. Digər mətbuat çıxışları və müsahibələr isə ilk cumlələrindən əvvəlcədən yazılmış şablon mətnlər olduğu aydınlaşır. Parlamentin ən gənc üzvlərindən olan K.Qafarovun ümumiyyətlə auditoriya qarşısında, kamera önünda danşmaq fobiyası olduğu bildirilir. Deyilənə görə bunu deputat özü də danmır. Bu baxımdan Qafarovu 5-ci çağırış seçkilərinin ən passiv deputatı adlandırmaq olar. Amma yuxarıda qeyd etdiyimiz kimi, indiki dövr millət vəkilindən daha aktiv fəaliyyət tələb edir.  Yaşının gənc vaxtında belə passivlik isə K.Qafarovun gələcək siyasi karyerasını indidən şübhə altına alır.

Kamera, mikrafon fobilası olan “lal deputat”:

Kəmaləddin Qafarovun  media qarşısına çıxmamasının, hətta seçicilərindən də yan qaçmasının digər bir səbəbi isə onun biznes fəaliyyəti ilə bağlıdır: "Deputatın biznes şəbəkəsi olduğuna görə, o gözdən uzaq gəzməyə çalışır. Bakıda fəaliyyət göstərən məşhur aptek şəbəkələrindən biri deputatın nəzarətindədir və deputatın başı ona görə qarışıqdır”. Yeri gəlmişkən deputat fəaliyyəti ilə bağlı rastlanan çox az sayda xəbərlərdən biri də K.Qafarovun dərman biznesinin müdafiəsi, idxal olunan dərmanların ƏDV-dən azad edilməsi ilə bağlı olub.

Məlumata görə, deputat Binəqədinin icra başçısı Xaləddin İsgəndərovla soyuq münasibət saxlayır. O, RİH-nin hər hansı toplantısında və ya açılış mərasimində iştirak etmir. İcra başçısı ilə soyuqluğun səbəbi bilinməsə də, ümumiyyətlə ilk dəfə deputat olan Qafurov publikadan qaçır. Bəziləri bunu onun təcrübəsizliyi ilə izah edirlər. İstənilən halda millət vəkili, özü də paytaxtın əhəmiyyətli rayonlarından birinin deputatı seçilmisənsə, mütləq aktiv olmalısan. Azərbaycanın siyasi-iqtisadi həyatında bu qədər hadisə baş verməsinə baxmayaraq, K.Qafarov öz dünyasında yaşayır.
Kəmaləddin Qafarov Milli Məclisdəki fəaliyyəti ilə yanaşı həm də Milli Onkologiya Mərkəzinin direktor müavinidir. Kəmaləddin Qafarov barəsində səslənən digər xəbərdə isə ötən il Milli Onkologiya Mərkəzinə dərman və sarğı ləvazimatlarının alınması üçün keçirilən 10.499.998 manatlıq tenderin ona yaxın olan şirkət tərəfindən udulması iddia olunur.   Bu tibb ocağı haqda mediada dərc olunan şikayətlər onu göstərir ki, nazir Oqtay Şirəliyevin məlum sərəncamı bu klinikada “sabun köpüyü”nə çevrilib. Yəni “pulunu ver, şəklini çəkdir” misalı. Deputatın rəhbərliyində təmsil olunduğy Milli Onkologiya Mərkəzində rüşvət və korrupsiya baş alıb gedir. Klinika rəhbərliyi ölüm ayağında olan vətəndaşlara qarşı amansız rəftarı ilə diqqət çəkir. Səhiyyə nazirinə bu tibb ocağından kütləvi şikayətlər daxil olmaqdadır. Vətəndaşlar  bu şəraitin yaranmasında səhiyyə naziri Oqtay Şirəliyevlə deputat Kamaləddin Qafarovu suçlayır. Onların sözlərinə görə, Onkoloji Mərkəzin rəhbəri Cəmil Əliyevlə müavini Kəmaləddin Qafarov onkoloji xəstələr üçün manatın məzənnəsinə uyğun xidmət edir. Həyatda yaşamaq ümidi itirilmiş bu xəstələrin kimyaterapiyası 300-400 manatdır. Bundan əvvəl də bəzi müayinləri keçmək üçün 60 manatdan 100 manata qədər də rüşvət verilməlidir. Nəzərə almaq lazımdır ki, xərçəng xəstəliyinə tutulmuşlar hər 21 gündən bir kimyaterapiya qəbul etməlidirlər və hər dəfə də eyni pulları verməlidirlər. Bəzi xəstələrin şüa da qəbul etməsi qaçılmazdır. Onun da 28 seansı 1000 manatdır. Qan analizi, UZİ, kardeoqrammanın qiyməti 20 manat olaraq müəyyənləşib”.

Redaksiyadan: qarşı tərəfləri də dinləməyə hazırıq.

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam