Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Cəmil Əliyev Kamaləddin Qafarovu müavinlikdən çıxardı

 

 

Yenixeber.org:  Deputat Kamaləddin Qafarovun adı Milli Onkologiya Mərkəzinin rəsmi saytından (http://mom.gov.az/?smode=idare-heyeti) götürülüb.

Capture

Özəl məlumata görə, MOM-un direktor müavini vəzifəsini daşıyan millət vəkilinin adı rəsmi saytda göstərilmir.

Tibb müəssisəsinin rəsmi veb səhifəsinin idarə heyəti bölümündə K.Qafarov istisna olmaqla, direktor müavinlərinin hamısı qeyd edilib.

Cəmil ƏliyevCəmil Əliyev

Belə güman etmək olar ki, ya MOM-un saytı qeyri-operativ işləyir və düzəliş olunmayıb, ya da son zamanlar adı tez-tez müxtəlif xoşagəlməz iddialarda hallanan K.Qafarov işindən kənarlaşdırılıb.

Ona görə də MOM direktoru, akademik Cəmil Əliyev onu direktor müavinliyi postundan uzaqlaşdırmaq qərarı verib.

Amma hələlik bu fakt yalnız rəsmi sayt müstəvisində təsdiqlənir. Xəbəri axşam saatlarında aldığımıza görə dəqiqləşdirmək mümkün olmadı.

Deputat Kamaləddin QafarovDeputat Kamaləddin Qafarov

K.Qafarov Azərbaycan ictimaiyyətinin demək olar ki, tanımadığı deputatdır. Hətta Binəqədi seçiciləri də onun üzünü görməyiblər. Millət vəkilinin adı dərman və aptek biznesində keçir.

O, 7 sentyabr 1976-cı ildə Naxçıvanda anadan olub. Qəribədir ki, peşəsi maliyyəçi olan K.Qafarov onkoloji xəstəliklərin müalicəsi gedən tibb ocağında direktor müavinidir, üstəgəl də deputatdır.

Qeyd edək ki, Milli Onkologiya Mərkəzində açıq rüşvət tələb olunmasını axır vaxtlar hüquqşünas Aslan İsmayılov gündəmə gətirmişdi.

Onkoloji xəstəlik müəyyən edildikdə kimyaterpiya keçmək üçün müayinə sənədlərini müalicə edəcək həkimə çatdırılması insanların özlərinə qadağandır.

Həmin müayinə kağızlarını bir korpusdan başqasına aparmaq üçün əməkdaşlara 20 manat verilməlidir. Kimyaterapiya 300 manatdır.

Bundan əvvəl də bəzi müayinləri keçmək üçün 60 manatdan 100 manata qədər də rüşvət verilməlidir. Bəzi xəstələrin şüa da qəbul etməsi qaçılmazdır. Onun da 28 seansı 1000 manatdır.Yunis Cəfərov/AzEuroNews.com/ 

 

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam