Yenixeber.org: Bu barədə məlumatı BMW avtomobillərindən şikayətçi olanların vəkillər qrupu yayıb.

Bildirilir ki, cari ildə Cənubi Koreyada 40-a yaxın BMW avtomobilinin mühərrikinin alışması ilə bağlı hallar bu növ nəqliyyat vasitəsi sahibi olanları narahat edib. BMW sahibi olan 1226 nəfər istehsalçı şirkətdən hər adama 15 milyon Koreya vonu (təxminın 13,5 min ABŞ dolları) kompensasiya tələb edirlər.

Qeyd edək ki, BMW korporasiyası Cənubi Koreyada dizel yanacağı ilə işləyən avtomobillərinin mühərriklərində qaz dövriyyəsi sistemindəki qüsurlara görə ötən həftədən 100 mindən çox avtomobilin geri çağırılmasına başlayıb. Avqustun 30-da polis BMW-nin Koreyadakı ofisində məsələ ilə əlaqədar reyd keçirib.