Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

Avtobuslarda və metroda gediş haqqı artırıla bilər

Nağdsız ödənişin tətbiq edilməsi prosesin sürətləndirilməsinin pərdəarxası

Xeberinfo.com:  Sentyabr ayının 1-dən Bakıda altı marşrut xətti ilə hərəkət edən avtobuslarda gediş haqqının nağdsız ödənişi tətbiq ediləcək. “Trend”in məlumatına görə, bu barədə “Xaliq Faiqoğlu” şirkətinin Ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Fizuli Sadıqov deyib. Onun sözlərinə görə, bu sistem 61, 65, 85, 79, 96 və 18 nömrəli marşrutlar üzrə hərəkət edən 130 avtobusu əhatə edəcək.

F.Sadıqov bildirib ki, avtobuslarda nağdsız ödəniş üçün cihazların quraşdırılması prosesi yekunlaşır. Bununla yanaşı, avtobuslarda müşahidə kameraları quraşdırılır.

F.Sadıqov əlavə edib ki, cihazların quraşdırılması başa çatdıqdan sonra gediş haqqı metroda və “BakuBus” MMC-nin avtobuslarında hazırda istifadə olunan kartlar vasitəsilə ödəniləcək.

Yuxarıda qeyd olunan 6 marşrut “Xaliq Faiqoğlu” şirkəti tərəfindən istismar olunur.

Azadlıqa daxil olan məlumatda isə deyilir ki, avtobuslara nağdsız ödənişin tətbiq edilməsi prosesinin sürətləndirilməsi gediş haqlarının artırmaq niyyətindən irəli gəlir. Hələ elektrik enerjisi bahalaşanda belə məlumat yayılmışdı ki, metroda da gediş haqları artacaq. Bu xəbər təsdiq olunmasa da, əsassız deyildi. Məlumatda deyilir ki, hökumət metro və avtobuslarda gediş haqlarını eyni vaxtda qaldırmaq istəyir. Bu zaman kart sistemi əsas gətiriləcək. Yəni, bu sistem tam tətbiq ediləcəyi təqdirdə yalnız avtobuslarda, yaxud yalnız metroda qiymətin artırılması mümkün olmayacaq. Kart sistemi tətbiq olunduğu üçün artım hər iki nəqliyyat növündə baş verməlidir.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam