Yenixeber.org: texnologiyanın indiki səviyyəsində üzərində cib telefonu olan hər kəs havanın necə olacağını günlər öncədən dəqiq müəyyən edə bilər. Bunun üçün gündə 2-3 saniyə telefonuna baxmaq kifayətdir.

Lakin görünür, Qazaxın yerli hakimiyyətinin başı başqa şeylərə qarışıb. Havaların küləkli olacağı öncədən bəlli olsa da, müvafiq sturukturlar səhlənkarlıq etmiş, dövlət bayrağını endirməmiş, nəticədə içlər acıdan bu səhnə ortaya çıxıb.

Qazax Azərbaycanın Qərb qapısıdır, ölkəmizə quru yollarla gələn-gedən hər kəs bu rayondan keçir. Bu baxımdan, Qazax İcra hakimiyyətinin bu səhlənkarlığına görə məsuliyyət daşıyır.

Milli qəhrəmanımız Ramil Səfərov bayrağımıza həqarət edən erməni zabitini, bu həqarətə dözməyərək, haqlı yerə cəzalandırıb.

Bəs, bayrağımızı bu hala salan məsul şəxsi icra başçısı Rəcəb Babaşov cəzalandıracaqmı?

Onun özünü necə, cəza gözləyirmi?