Redaktor seçimi
Guya korrupsiyaya qarşı araşdırma aparırlar —
Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada dövlətin pulu belə "yeyilir" -
“Blak lounge” restoranı kütləvi narazılıq yaradır–
Qoşqar Təhməzli dövlətin pulun belə xərcləyir -
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Günün xəbəri

Məmur özbaşınalığının "Qazax" modeli

 

Qazax rayon icra hakimiyyətində ərazi idarəetmə işləri şöbəsinin bir müdiri var. Xalq arasında Keçi Orucun oğlu kimi tanınan Məmməd Alıyev həmin vəzifəni daşıyır.

"Xeberinfo.com":   Məlumata görə, bu məmur rayonda elə bir kənd və ya qəsəbə qalmayıb ki, onların dərisinə saman təpməsin. Əvvəllər polis oqranlarında çalışıb. 1991-ci ildə ermənilərlə üzbəüz Əskipara kəndinin mühafizəsində yerli əhali ilə birlikdə rayon polis idarəsinin əməkdaşları bütün döyüşlərdə gerçəkdən çox böyük qəhrəmanlıqlar göstəriblər. Elə bu döyüşlərin birində qəflətən polis məmuru Məmməd Alıyev gözlənilmədən “ürək keçmə” xəstəliyinə tutulur və beləcə polisdə çalışmaqdan uzaqlaşır. Onu yaxından tanıyan polis işçiləri isə öz aralarında “Dezertir Mamed” ayamasını verirlər. Çünki, rəhmətlik Hüseyn Arif demişkən “andıra qalmış xəsiyyəti”nə yaxşı bələd idilər. Aradan illər keçsə də, Məmməd Alıyevin ürək xəstəsi olmasının və ürək tutmalarının şahidi kimi bir nəfər də olsun onun bu halını müşahidə etməmişdir. Beləliklə Əskipara kəndində, eləcə də Qazaxın digər ermənilərlə üzbəüz olan bölgələrində yerli əhalinin könüllülərdən ibarət dəstələri və yerli polis əməkdaşları böyük şücaətlər göstərərək rayonun işğal siyasətinin qarşısını canları bahasına olsa da mərdanəliklə qoruya bildilər. Təkcə bu proseslərdə iştirak etməyən “Dezertir Mamed” oldu. 

Anadan olduğu gündən rayon icra hakimiyyətində ərazi idarəetmə şöbəsinin müdiri vəzifəsinə qədər Məmməd Alıyevin əsil soyadı Dəlibaşov olmuşdur. Ancaq, həyatında ilk dəfə uzun illər arzu etdiyi vəzifəyə təyin olunduqdan sonra, soyadını dəyişdirərərək dönüb oldu Alıyev. 

Son zamanlar Məmməd Alıyev öz vəzifəsinə yeni iş rejimi qaydalarını tətbiq edib. Onun kəşfindən demək olar ki, rayonda artıq çoxlarının xəbəri var. Belə ki, Məmməd Alıyev gündüzlər hakim YAP-ın alovlu və mübariz fəalı kimi özünü göstərsə də, sən demə gecələr, yəni axşam qaş qaralan kimi, tamamilə fərqli ampulada çıxışı edir. Onun icad etdiyi siyasət isə, gecə qaranlığında mahir kəşfiyyatçılar kimi AXCP, KXCP, Müsavat və başqa müxalif siyasi partiyaların funksionerləri ilə birlikdə qol-boyun olmasıdır. Hətta indi az qala dəbdə olan vəhabilərləin məclislərində belə iştirak etdiyini söyləyənlər var. Qazaxda o da bəllidir ki, Məmməd Alıyevin belə bir tədbirlər planına can yandırmasının əsas səbəbi və sirri onun “para” aşiqi olmasıdır. 

Məmur özbaşınalığının Qazax modeli

Qazaxda əhaliyə o da bəllidir ki, Məmməd Alıyev icra hakimiyyətinin şöbə müdiri kimi həm də qeyri rəsmi şəkildə rayon polis idarəsinin rəisi, prokuroru, təhsil idarəsinin rəisi, səhiyyə şöbəsinin müdiri, mədəniyyət idarəsinin rəisi, hətta baş baytarıdır. Bütün bunlar azmış kimi, indi DSK-nı, yəni Dairə Seçki Komissiyasının sədri kimi yeni davranışları da mənimsəyib. Bu sahələrə müdaxilə etməsinin səbəbi onun paraya sevgisinin miqyasının ölçüyə gəlməz şəhvətani etirası ilə bütünləşmişdir. Rayonda bunun kimilərinin arxasınca da olsa belə deyirlər: “Ayə, Alıyevin tamahı Həzrət Əlinin qılıncından da itidir”. 


Bütün bu həngamələrin arxasında duran maraqların zirvəsi isə, Məmməd Alıyevin Qazaxın mütləq hakimi olmaq iddiasından doğmuşdur. Rayonda bildirirlər ki, ilk öncə o icra hakimiyyəti başçısının birinci müavini olmaq istədi. Adı çəkilən işdə ona yer olmadığı üçün, Məmməd Alıyev fikrini dəyişərək heç olmasa icra hakimiyyəti başçısının müavini postuna gözünü dikdi. Cəmiyyət arasında olan nüfuzu, ona olan münasibət, eləcə də bioqrafiyasında olan qüsurlara görə, onu bu iki adı çəkilən vəzifələrə yaxın qoymadılar. Elə buna görə də Məmməd Alıyev icra hakimiyyəti başçısının heç olmasa humanitar məsələlər üzrə müavini olmaq sevdasına düşdü. Dərhal həmin sahəni peşəkarcasına idarə edən Gülayə Həsənovanı yerindən dəbərtməyə çalışdı. Bu dəyərli, savadlı və zəkalı xanıma gücü çatmadığı üçün, məcbur olub onun həyat yoldaşı Natiq Həsənova ilişməyə başladı. Beləliklə Natiq müəllim üçün bürokratik əngəllər yaratmaqla yanaşı, həm də tələ quraraq, ən azından onu işdən uzaqlaşdırmağa nail ola bildi. 

 

Qazaxda keçi məsələsi

Keçi bir heyvan kimi kəndlinin ən yaxın yardımçısı olan bir məxluqdur. Ona görə ki, keçi qoyundan fərqli olaraq, haraya gəldi başını aşağı sallayaraq yola çıxmaz. Çoban da onun belə davranışından özünü rahat hiss edər. Keçinin südü və əti hər zaman ən dadlı nemətlərdən biri olub. Yunu və dərisi isə hər bir kəndlinin həyat mənbəyi hesab olunur. Ancaq, bununla yanaşı, ta qədim zamanlardan keçi ilə bağlı xalq arasında o qədər lətifələr yaranıb ki, bu barədə uzun romanlar yazmaq olar. Xüsusilə kənddə keçiyə olan ilk “sevgi” əfsanələri kimi. Məhz bu lətifələrin sayəsində keçi ucuz qiymətə satılır. “Keçi qiymətinə satmaq” mifologiyası elə buna görə yaranıb. Həm də keçini mələtmək daha asan başa gəlir. Beləcə hansı yollarlasa, kimlərisə aldadaraq Azərbaycanın ən strateji bölgələrindən biri sayılan Qazaxda Məmməd Alıyev icra hakimiyyətində şöbə müdiri vəzifəsinə yüksəlib. Rayonda bildirirlər ki, kim onun harada və necə ali təhsil alması faktını bilirsə, diplomunu görübsə, həmin adama möhtəşəm qonaqlıqlar vəd edilib. Hamını düşündürən suallardan biri də “polisdə sıravi nəfər olan və sonradan dezertir ayaması ilə tanınan” Məmməd Alıyev hansı sahə üzrə ali təhsili almasıdır. Bir də onun icra hakimiyyətində şöbə müdiri olandan sonra, Xanlıqlar kəndindəki villası, rayon mərkəzindəki dəbdəbəli imarəti, Bakıdakı çoxsaylı mənzilləri, bir sıra “obyektləri” hansı vəsaitlə tikdirməsi də mübhəm sualların yaranmasına səbəb olub. Yəni dolayı yolla o bu gün qazaxlı məmurların siyahısında öndə gedən oliqarxa çevrilib. 


Qazaxa icra hakimiyyəti başçısı vəzifəsinə təyin edilmiş Ayaz Əsgərov haqqında isə əhalinin fikri belədir ki, ölkə prezidenti cənab İlham Əliyev çox haqlı olaraq belə bir kadrı göndərib. Rayonun ərazi idarəetmə işləri şöbə müdiri kimi burada çalışan savadlı və işgüzar məmurları Məmməd Alıyev öz şəxsi iddiası və maraqlarına görə istənilən anda keçi qiymətinə sata bilər. Bunu biz demirik, Qazaxda əhalinin əksəriyyəti belə düşünür. Buna görə də, yerli ziyalılar və mütəxəssisləri hörmətli icra başçısı Ayaz Əsgərovla görüşərək, onun Məmməd Alıyevin aldanışlarına uymamasını demək istəyirlər. Çünki, rayonda elə bir vəzifə sahəsi, biznes strukturu yoxdur ki, onun əlindən dad etməsinlər. Çünki, ərazi idarəetmə şöbəsinin müdiri kimi onların üzərində öz hökmünü amirənəlik metodu ilə tətbiq etməklə, sanki demokl qılıncı rolunu oynayır. Beləcə şəxsi maraqlarına söykənərək, icra hakimiyyətində çalışan 35 nəfər peşəkar mütəxəssisi keçi qiymətinə anındaca sata bilər. Onun bu yöndə olan məharətinin şahidi olan yüzlərlə insan var. 

 

Qazaxda əhalinin təəccübünə səbəb olan amillərdən biri də, rayon bələdiyyəsi sədrinin müavini və “Cəbhəçi Azər” ayaması ilə tanınan Azər Məmmədovdur. Çünki, Məmməd Alıyevin ən çox oturub-durduğu məhz bu insandır. Cəbhəçi Azər mübarizə yoldaşlarını satan adam kimi tanınır. İndi də kəndlərdəki yerli bələdiyyələr onun əlindən zəncir çeynəyirlər. Ona görə də Qazaxda camaat deyir ki, elə Məmməd Alıyevi və Cəbhəçi Azəri birləşdirən bu amillərdir. 
Qazaxın orta və yaşlı nümayəndələri çox yaxşı xatırlayırlar ki, bir zamanlar Keçi Oruc ayaması ilə kim tanınırdı. Onun əməllərini bu gün kim və necə həyata keçirir. Beləcə Qazax rayonu keçi həvəskarının əlində girinc qalıb. 

 

dia.az


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam