Redaktor seçimi
Guya korrupsiyaya qarşı araşdırma aparırlar —
Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyada dövlətin pulu belə "yeyilir" -
“Blak lounge” restoranı kütləvi narazılıq yaradır–
Qoşqar Təhməzli dövlətin pulun belə xərcləyir -
Cəlilabadda iki məktəbin bir direktoru var?! –
Ağlar günə qalan Gəncə: Dövlət qurumları hara baxır? –
Zaur Mikayılovun bu "kontor"unda dövlət əmlakı talan edilir -
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Günün xəbəri

Rəcəb Babaşov, “dezertir Məmməd” və Qazaxda ayaq tutub yeriyən rüşvət... -İTTİHAM


bitmap-img6




Qazaxa təyinat alarkən rüşvətə qarşı mübarizə aparacağını bildirən Rəcəb Babaşovun ətrafında indi rüşvətxorlar toplaşıb.

Yenixeber.org: Bu barədə Qazaxdan daxil olan şikayət məktubunda bildirirlir. Daxil olan məktuba əsasən bu gün Qazax rayonun əsas problemi rüşvət korrupsiyadır. Qazaxda rüşvət ayaq tutub yeriyir və rayon icra hakimiyyəti başçısının birinci müavinin birbaşa rəhbərliyi ilə məmurlar əhalinin canına bit-sirkə kimi daraşıb. Məktubda qeyd olunur ki, rüşvətsiz ən adi arayışı belə almaq mümkün deyil və məmurlar açıq şəkildə bildirilər ki, onlara rayon icra hakimiyyəti başçısının birinci müavini Məmməd Alıyev belə təlimat verib. 

Qazaxın icra baçısı Rəcəb Babaşov bir fərarini özünə niyə birinci müavin gətirib?

Burda təbii ki, Qazaxı icra baçısı “çörəyi ver çörəkçiyə, birdə üstəlik”, prinsipi ilə davranıb. Çünki Qazaxda hər kəs Məmməd Alıyevi (yerli camaat bu şəxsə 1992 ci ildə Qazağın Əksipara kəndi uğrunda gedən döyüşlərdə könüllü polis sıralarında olarkən torpaqlarımız uğrunda gedən döyüşlərdən qaçdığına görə “dezertir Məmməd” deyir) butun ruşvət olaylarının baş qəhrəmanı olaraq tanıyır. Daha əvvələr Qazax rayon İcra Hakimiyyətində Ərazi İdarəetmə və Yerliözünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri işləyən Məmməd Alıyev çox tez bir zamanda rüşvət almaq bacarığı ilə Qazaxa yeni təyinat alan Rəcəb Babaşovun diqqətini cəlb edə bilib. Rüşvət məsələsində Vergilər Nazirliyində çalışdığı zamandan sərraf olan Rəcəb Babaşov rüşvət “məsələsində” Məmməd Alıyevlə hələ o, şöbə müdiri olarkən yaxından “əməkdaşlıq” etməyə başlayıb. Bu da hələ o vaxt Qazaz cammatının narazılığna səbəb olub. Elə o zamandan başlayaraq qazaxlılar ikilinin əməllərindən yuxarılara şikayətlər ünvanlamağa başlayıblar. Şikyətlərdə Rəcəb Babaşovun Qazaxda gördüyü bir çox işlər təqdir olunsa da əsasən rayonda hər kəsin “dezertir” və rüşvətxor kimi tanıdığı Məmməd Aliyevlə yaxın münasibətlərindən, Rəcəb Bababşovun Məmməd Alıyevin əliylə topladığı rüşvətlərdən şikayətləniblər. Özünü rayonda icra başçısının “darğası” kimi aparan Məmməd Alıyev bu şikayətlərə baxmayaraq bir müddət sonra Qazax rayon İcra Hakimiyyəti başçısının birinci müavini olub. Hazırda isə Qazaxdan verilən məlumata görə rayonda rüşvət tüğyan edir və bu rüşvətin başında isə birbaşa Məmməd Alıyev dayanır. 

Məktubda həmçinin bildirilir ki, Məmməd Alıyev topladığı rüşvət sayəsində özünə böyük sərvət toplayıb. Başçının birinci müavinin oğlu Elnur isə rayonda bir nömrəli “qudurğan məmur övladıdır”. Məmməd Alıyevin rüşvətdən topladığı sərvətinə gəlincə, Qazaxın başçısının birinci müavininin Bakıda Bakıda H.Əliyev prospektində, Gənclikdə hər birinin dəyəri yüz min manatlarla olan evləri, villaları, müxtəlif sahlərdə xidmət göstərən obyektləri, həmçinin bir neçə apteki, Bakıda və ölkənin müxtəlif turistik rayonlarında torpaq sahələri var. Sadalanan bu sərvət hələ qazaxlıların bildiyi sərvətdir. Və yəqin ki, 700-800 manat maaş olan başçı müavinin sərvəti tək bu sadalananlarla da bitmir. 

İcra başçısının başı rüşvətə qarışıb, rayon yaddan çıxıb

MilliYol-a daxil olan məktubda bildirilir ki, Rəcəb Babaşov Qazaxa təyinat alarkən doğurdan da qazaxlıların gözünə girməyi bacarmışdı. Lakin Qazaxda abadlıq işləri aparmaqla əhalinin rəğbətini qazanan icra başısı Məmməd Alıyev kimiləri ətrafına toplayıb rüşvətə rəvac verdikdən sonra əhali arasında qazandığı hörməti yerlə bir edib.

Hazırda isə icra başçısı Qazaxda heç bir abadlıq işləri aparmır. Şikayətlərə də baxmır, daha doğrusu qulaq ardına vurur. Sanki Qazaxın icra başçısı üçün Qazaxın problemləri yoxdur. Bunun əvəzində isə Rəcəb Babaşovun “darğaları” əhalinin canına daraşıb rüşvət toplayırlar.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq. 

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam