Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Azərbaycandan milyardlarla dollar Estoniya bankında "yuyulub"-Yeni ittihamlar



Estoniyadakı “Danske Bank”ın adı Azərbaycandan gəlmiş qeyri-qanuni pulların yuyulması ilə bağlı səs-küylü qalmaqalda hallanır.  Danimarkada dərc olunan “Berlingske” qəzeti xəbər verir ki, bank vasitəsilə əvvəllər güman edildiyindən 2 dəfə artıq - 53 milyard krondan (1 kron 0,16 dollara bərabərdir – red.) çox vəsait yuyulub.

Yenixeber.org: Yenidən nəzərdən keçirilmiş göstərici 2007-2015-ci illərdə “Danske”nin Estoniya ofisində hesabları olan daha 20 şirkətin sənədlərinə əsasən dəqiqləşdirilib. Mənbəyə görə, qanunsuz vəsaitlər Rusiyadan, Moldovadan və Azərbaycandan daxil olub. Daxili araşdırmanın rəsmi nəticələri sentyabr ayında dərc ediləcək.

Məlumatın sızması nəticəsində “Danske Bank”ın qiymətli kağızlarının məzənnəsi 3,2% enib.

2017-ci ilin dekabr ayında bank Danimarkanın maliyyə nəzarəti orqanı (FSA) tərəfindən Estoniya filialında pulların yuyulmasına qarşı mübarizə qaydalarının pozulmasına görə 12,5 milyon kron cərimə edilmişdi.

Qeyd edək ki, daha öncə Azərbaycandan gəlmiş pulların yuyulması ilə bağlı qalmaqalda Latviyanın o qədər də tanınmayan “ABLV Bank”ının adı çəkilirdi.(virtualaz)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam