Yenixeber.org: “Azad İstehlakçılar İctimai Birliyi"nə (AİİB) "LUKOYL" yanacaqdoldurma məntəqələrindən şikayət daxil olub. Bu barədə şikayəti təqdim edən birliyin sədri Eyyub Hüseynov qeyd etdi ki, AİİB bu ərizəni İqtisadiyyat Nazirliyinə, Vergilər Nazirliyinə və Standartlaşdırma metrologiyası və patent üzrə dövlət komitələrinə rəsmi məktub şəklində göndərib.
Həmin ərizəni olduğu kimi təqdim edirik:
“Azad İstehlakçılar” İctimai Birliyinin (AİİB) sədri cənab Eyyub Hüseynova
İ.Hidayətzadə 33.m.13 ünvanında yaşayan , Nuranə Göktaş tərəfindən
Tel: 0552250777
ƏRİZƏ
19.03.2018 tarixdə Bakı şəhəri Xətai rayonu R. Quliyev küçəsi 6 ünvanında yerləşən “Lukoyl –Azərbaycan” QSC yanacaq doldurma məntəqəsində 5 ildir idarə etdiyi “Kia Sportage “ markalı (muhərrikin həcmi 2 kub- litr) avtomobilə sürücü Melik Aİ-92 markalı yanacaq doldurmuşdur. Çəndə 3-5 litr yanacaq olardı, həmişə olduğu kimi avtomobili bir az irəli sürməyi bildirdilər, çəni tam doldurdular, ondan 56 AZN pul aldılar, çeki tələb etmiş, vermişlər. Sürücü operatora iradın bildirərək tam boş çənin 55 litr tutduğunu və bunun da dəyərinin 49,50 AZN etdiyini bildirmiş, artıq alınmış pulun qaytarılmasını tələb etsə də, “Böyüklərdən heç kəs yoxdur “deyib, imtina etmişlər. Sürücu mənə olanları danışdı və çeki təqdim etdi. 20.03.2018 tarixində mən ora getdim, İlkin adında şəxsə çeki göstərib iradımı bildirdim, artıq alınmış pulu tələb etdim. O , çeki götürüb kiminləsə məsləhətləşdi, mənə zəng vurub nəticəni söyləyəcəyini bildirdi. Özünü Lukoylun bölgə üzrə nümayəndəsi adlandıran Bahadur (0503636243) adlı şəxsdə araşdıracam deyib, getdi.
Xahiş edirəm mənim kimi yanacaq doldurma məntəqələrindən istifadə edən minlərlə istehlakçının hüququnun qorunmasına köməklik edəsiniz, məndən artıq alınmış 6,5 AZN qaytarılmasına, əvəllərdə digər Lukoyl yanacaq doldurma məntəqələrdə buna oxşar hallar müşahidə etdiyim üçün bu məntəqələrin aparatları yoxlanılsın, benzinlərin kəmiyyəti və keyfiyyəti baradə araşdırma aparılsın və bu barədə müvafiq dövlət orqanlarına və KİV-ə məlumat verəsiniz.(GoldNews)