Redaktor seçimi
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Zaur Mikayılovun Yevlaxdakı kadrı “suları belə bulandırır” –
Günün xəbəri

Restoranlarda insanlara at, eşşək əti yedizdirilir?- EKSPERT RƏYİ

Restoranlarda insanlara at, eşşək əti yedizdirilir?

 

Restoran, şadlıq sarayları və dönərxanalarda at, eşşək ətindən istifadə edildiyi barədə məlumatlar yayılıb.

Yenixeber.org: Mövzu ilə bağlı Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov Metbuat.az-a açıqlamasında bildirir ki, AİİB fəaliyyət göstərdiyi 20 il ərzində məsələ ilə bağlı araşdırma aparıb. Təəssüf ki, problem hələ də, qalmaqdadır. Daxili İşlər Nazirliyi bu sahədə tədbirlər görür:

"Keçən ilin aprel-may aylarında DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi bu ətlərin satışı ilə məşğul olan yerləri ifşa edib, cinayət işi qaldırmışdı. Düşünürəm ki, qida təhlükəsizliyi məsələsi Daxili İşlər Nazirliyi ilə həll olunmalıdır".

AİİB sədri əlavə edib ki, ətin bahalaşmasından sonra insanlara restoranlarda qanunsuz ət yedizdirilir. Dəhşətlisi odur ki, bəzi qurumlar istehlakçının aldadılmaması üçün at, eşşək ətinin üzərində adı yazılmaqla satışını məqsədəuyğun hesab edir.

Ümumiyyətlə, restoran, dönərxanalarda verilən ətin mənşəyinə və keyfiyyətinə kim nəzarət edir?

 

Kənd Təsərrüfatı yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti ilə əlaqə saxladıq. Qurumun mətbuat katibi Yolçu Xanvəli bildirir ki, 2015-ci ildə qəbul olunan sahibkarlıqla əlaqədar qanuna görə, həmin obyektlərdə yoxlama apara bilmirik. Biz baytarlıq qeydiyyatında olan obyektlərdə nəzarəti həyata keçiririk.

 Metbuat.az


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam