Redaktor seçimi
Ucuz enerji və spirtli içkiləri, sürətli qazanc... - “Avrora Qrup” bazarımıza nəyi gətirir? -
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Günün xəbəri

Şöbə müdiri müəllimi təhqir edib?

Şöbə müdiri müəllimi təhqir edib?

 

 

 

İmişli rayon Sərxanlı kənd 1 saylı tam orta məktəbinin rəsmxət müəllimi Xəyal Yusifov Təhsil Şöbəsinin müdiri Ramiz Əmirovun onu təhqir etdiyini iddia edib

 

Yenixeber.org: Müəllim şikayətində bildirib ki, dərs saatı az olduğu üçün şöbə müdirinin qəbulunda olub. Bu zaman R.Əmirov onu təhqir edərək qovub:

"Dərs saatımın artırılması üçün Təhsil Şöbəsinə müraciət etdim. Kobud insan olduğunu bilirdim, ancaq bu qədər də gözləmirdim. O, məni təhqir edib otaqdan qovdu. Rayonda rəsmxət müəllimi, onsuz da, azdır. Ancaq dərsi bizə yox, qeyri-ixtisas müəllimlərinə verirlər". 

Bundan başqa, X.Yusifov şikayətində məktəbin direktor əvəzi Sahil Vəliyevin də onu döydürməklə hədələdiyini qeyd edib.

Təhsil Nazirliyindən məsələylə bağlı sorğumuza cavab olaraq bildirilib ki, şikayət araşdırılıb və X.Yusifov həmin məktəbdə təsviri incəsənət müəllimi işləyir və bu fənn üzrə bütün dərsləri (cəmi 9 saat) özü tədris edir. X.Yusifov ikinci iş yerində də dərs demək istəyi ilə təhsil şöbəsinə müraciət edib. Müraciətini nəzərə alaraq, ona rayonun Rəsullu kənd tam orta məktəbində mövcud olan vakant incəsənət dərsləri təklif olunub. Lakin X.Yusifov həmin məktəbdə işləməkdən imtina edib, yalnız şəhər məktəblərində işləmək istədiyini bildirib. Onun diqqətinə çatdırılıb ki, hazırda həmin məktəblərdə təsviri incəsənət fənni üzrə vakant dərsləri yoxdur.

Rayon təhsil şöbəsinin müdiri Ramiz Əmirov öz izahatında X.Yusifovu qəbul edərkən onu təhqir etmədiyini bildirib.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam