Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Qalmaqallı dələduzluq işi- zərərçəkənlər narazıdır

 

“Nəzakət Hüseynova ev almaq adı ilə 5 müxtəlif qadından pul alaraq, aldadıb”

 

Yenixeber.org: Bu günlərdə musavat.com saytında “Sələmçi qadınların tələsi, yoxsa dələduzluq işi?” başlıqlı yazı dərc olunub. Yazıda bir neçə nəfərə qarşı dələduzluq etməkdə təqsirləndirilən Nəzakət Hüseynovanın cinayət işi üzrə məhkəmə prosesindən söz açılıb.

Qeyd olunub ki, təqsirləndirilən qadın sələmə pul verən şəxslər tərəfindən şərləndiyini deyir. İttihamda yazılır ki, Nəzakət Hüseynova tanışı Elza Qəhrəmanovdan ərinə maşın almaq, oğlunun və qızının təhsili üçün ödəniş etmək adı ilə cəmi 11100 manat pul alıb. Zərərçəkmiş kimi tanınan Atlas Mirzəyevadan oğlunu işə düzəltmək adı ilə 4400 manat, Dostxanım Cabbarovadan isə 6 min manat borc alaraq geri qaytarmamaqda ittiham edilir. İş üzrə digər zərərçəkmiş kimi tanınanlardan biri isə Sara Rüstəmovadır. İttihama görə Nəzakət Hüseynova ondan 6 min manat alaraq qaçqınlar üçün tikilən binadan ev almasına kömək edəcəyini deyib. Rəsmi ittihamda yazılır ki, Aynur Yusifova da eyni məqsədlə Nəzakət Hüseynovaya 6 min manat pul verib.

N.Hüseynova ittihama münasibət bildirərkən özünü təqsirli hesab etməyib. Bildirib ki, Dostxanım Cabbarovanı qardaşının qonşusu kimi tanıyıb və sonradan aralarında münasibət yaranıb. D.Cabbarova qızıl-zinət əşyalarının satışı ilə məşğul olduğu üçün ondan qızıl alaraq satıb və qazanc əldə edib.

N.Hüseynova bildirib ki, daha sonra qonşuları üçün sələmə pul lazım olduğu üçün Dostxanım Cabbarovaya müraciət edib. Aylıq 10 faiz sələm vermək şərti ilə 17800 manat pul alıb və qonşularına verib. Sonradan öyrənib ki, Dostxanım həmin pulu Aynur adlı tanışından alıb.

Məsələ ilə bağlı Dostxanım Cabbarova və Aynur Yusifova redaksiyamıza gələrək, barələrində yanlış məlumat dərc edildiyini, məhkəmə prosesinin düzgün işıqlandırılmadğını deyiblər.

Dostxanım Cabbarovanın sözlərinə görə, bu məsələdə zərərçəkən özləridir: “Mən Nəzakət Hüseynova tərəfindən aldadılmışam. 3 ildir ki, bu barədə istintaq, məhkəmə prosesləri davam edir. Lakin mətbuatda zərərçəkmiş 5 nəfərin barəsində yanlış məlumatlar dərc edilir. Ən əsası bizim ”sələmçi" adlandırılmağımız tamamilə yanlışdır. Nəzakət Hüseynova ev almaq adı ilə 5 müxtəlif qadından pul alaraq, aldadıb. Bu məsələ ilə bağlı məhkəmə prosesi başlanmazdan əvvəl, yüksək səviyyəli aidiyyəti orqanlara müraciət etmişik. Biz 5 nəfər məcburi köçkünük. Müşfiqabad qəsəbəsində məcburi köçkünlər üçün istifadəyə verilən binadan ev almaq üçün pul ödədik. Mənimlə bərabər bir neçə nəfər də ev almaq üçün ona pul verib. Lakin sonradan aldadıldığımızı bildik. Nəzakət bizimlə əlaqə saxlayaraq evinə dəvət etdi və pulu qaytaracağını dedi. Onun evinə gedəndə isə 102-yə zəng edərək bizi şikayət etdi. Biz onu hüquq-mühafizə orqanlarına şikayət etməkdənsə, o, bizim barəmizdə şikayət verdi. Lakin sonradan məhkəmə prosesləri keçirildi. Əvvəlcə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdi. N.Hüseynova hakimdən xahiş edərək 2 gün vaxt aldı ki, dəymiş ziyanı ödəyəcək. Lakin yanvarın 25-də Yasamal Rayon Məhkəməsində keçirilən prosesə gəlmədi.  Məhkəmə bu dəfə “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin dəyişdirilməsinə, onun barəsində axtarış elan olunmaqla həbs-qətimkan tədbirinin seçilməsinə qərar verdi. Həmçinin qeyd olundu ki, qərara əsasən, Hüseynova Nəzakət İmran qızı tutularaq Ədliyyə Nazirliyi Pentensiar Xidmətin Bakı İstintaq Təcridxanasına təhvil verilməlidir.

Nəzakət Hüseynova hazırda xəstəxanadadır, əməliyyat keçirib. Belə ki məhkəmə qərar çıxarandan  iki saat sonra ödünü əməliyyatla götürdüb. Bununla da o, məhkəmə prosesini uzatmağa çalışır".

Dostxanım Cabbarova qeyd edib ki, bütün bu olaylar onun həyat yoldaşının infarkt keçirməsinə səbəb olub.

 

Şikayətçi Aynur Yusifova da bildirib ki, barələrində deyilən “sələmçi” sözünün onlara qətiyyən aidiyyəti yoxdur:“2015-ci ildə Nəzakət Hüseynova məndən 6 min manat alaraq bildirdi ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində tanışı var, Müşfiqabadda məcburi köçkünlər üçün tikiləcək binada mənə ev verilməsinə köməklik göstərəcək. Həmçinin bildirdi ki, evi alıb, köçdükdən sonra daha 4 min manat da ödəyəcəm. Mən də razılaşaraq dediyi ilkin məbləği vermişdim.  Artıq 3 ildir ki, məhkəmə proseslərində qalmışıq, heç bir nəticə yoxdur. Bizi şərləyir ki, ”sələmçiyik". Lakin bildirim ki, mənim həyat yoldaşım 2-ci qrup Qarabağ əlilidir, maddi imkanımız çox ağırdı".


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam