Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Qalmaqallı dələduzluq işi uzanır

 

 

Elza Qəhrəmanova: “O, təkcə məni deyil, 5 qadını aldadaraq pul alıb və geri qaytarmayıb”

 

Yenixeber.org: Adı dələduzluq işində hallanan Bakı sakini Nəzakət Hüseynova ilə bağlı qalmaqal səngimək bilmir. Bu dəfə redaksiyamıza zərərçəkmiş qismində olan Elza Qəhrəmanova müraciət edib. Digər zərərçəkmişlər kimi o da mətbuatda adının “sələmçi” kimi qeyd olunmasına etiraz edib.

E.Qəhrəmanova qeyd edib ki, ona qarşı dələduzluq əməli törədən N.Hüseynova ilə uzun müddət qonşu olub:

“Biz onunla yaxından qonşu olsaq da, əsl simasını tanımamışam. 2014-cü ildə mənimlə telefon əlaqəsi saxlayaraq bildirdi ki, təcili 5 min manat pul lazımdır, ərinə maşın alır. Mənim də bir dükanım var idi, onu satmışdım. Nəzakət də buna görə bilirdi ki, məndə pul var. Beləliklə, onu yaxından tanıdığım üçün 4400 manat pul verdim. Bir neçə gündən sonra borcunu qaytarmadığı halda yenidən məndən pul istədi. Bu dəfə isə oğlunun təhsili haqqını bəhanə gətirdi. Buna görə avqust ayında ona 3700 manat verdim. Buna baxmayaraq, yenidən məndən pul istədi. Mən də bildirdim ki, qızımın təhsil haqqını ödəməliyəm, buna görə bankdan 5200 manat pul götürəcəm. Dedi ki, ”sən götür mənə ver, təhsil haqqını özüm ödəyəcəm". Bu barədə sənədlər də var və hamısını istintaqa vermişik".

Şikayətçi qeyd edib ki, Nəzakət Hüseynovaya üst-üstə 11100 manat borc versə də, bu günə qədər pulunu ala bilməyib:“Sonradan bildik ki, qızımın təhsil haqqını da ödəməyib. Bu səbəbdən həm qızım, həm də mən ağır stress yaşadıq, infarkt keçirtdim. Məlum olduğu kimi, Nəzakət Hüseynova təkcə məni deyil, 5 qadını müxtəlif yolla aldadaraq pul alıb və geri qaytarmayıb. Nəticədə şikayətlərimiz əsasında məhkəmə prosesləri başladıldı. Əvvəlcə barəsində ”polisin nəzarəti altına vermə" qətimkan tədbiri seçilmişdi. N.Hüseynova hakimdən xahiş edərək 2 gün vaxt aldı ki, dəymiş ziyanı ödəyəcək. Bizi də əmin etdi ki, borclarını geri qaytaracaq. Lakin bizə heç bir borcunu ödəmədi, yanvarın 25-də Yasamal Rayon Məhkəməsində keçirilən prosesə də gəlmədi. Məhkəmə bu dəfə “polisin nəzarəti altına vermə” qətimkan tədbirinin dəyişdirilməsinə, onun barəsində axtarış elan olunmaqla həbs-qətimkan tədbirinin seçilməsinə qərar verdi. Həmçinin qeyd olundu ki, qərara əsasən, Hüseynova Nəzakət İmran qızı tutularaq Ədliyyə Nazirliyi Pentensiar Xidmətin Bakı İstintaq Təcridxanasına təhvil verilməlidir. Sonradan öyrəndik ki, N.Hüseynova qərar çıxarılandan iki saat sonra əməliyyat olunaraq, ödünü götürdüb. Bununla da prosesi uzatmağa çalışır".

Əlavə edək ki, qalmaqallı dələduzluq işində zərərçəkmiş qismində tanınan Dostxanım Cabbarova və Aynur Yusifova da redaksiyamıza gələrək, mətbuatda məsələ ilə bağlı yanlış məlumat dərc edildiyini, məhkəmə prosesinin düzgün işıqlandırılmadığını, barələrində deyilən “sələmçi” sözünün onlara qətiyyən aid olmadığını bildirmişdi. Şikayətçilər qeyd etmişdilər ki, N.Hüseynova Müşviqabadda məcburi köçkünlər üçün tikilən binadan ev almasına kömək edəcəyini deyərək, onların hər ikisindən 6 min manat alıb.

Məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam