Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

Özəl mühafizə xidmətinin sabiq bölmə rəisinin məhkəməsi davam etdirilib

 

 

 Bakı Ağır Cinayətlər Məhkəməsində “Azər Mühafizə” MMC özəl mühafizə şirkətinin Şirvan bölməsinin sabiq rəisi Namiq Məhərrəmovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

 

Yenixeber.org: Hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş şəxslər ifadə verib. Onlar işə düzəlmək üçün pul verdiklərini, sonra maaş ala bilmədiklərini deyiblər. N. Məhərrəmov isə bildirib ki, heç kimi aldatmaq fikri olmayıb: “Maaşlar gecikəndə özüm iki min manat borc götürüb bir neçə nəfərə yüz manat verdim. İnanırdım ki, problem həll olunacaq. Sonradan maaşlar verilmədi və narazılıqlar başlandı”.

 

Zərərçəkmiş şəxslər vurulmuş ziyanın ödənilməsini istəyiblər.

 

Proses sentyabrın 26-da davam etdiriləcək.

 

İttihama əsasən 2015-ci ildə Daxili İşlər Nazirliyi işə düzəltmək adı altında vətəndaşları aldadan sahibkar haqqında məlumat yayıb. Məlumata görə, “Azər Mühafizə” MMC və “Qala BTX” MMC adlı özəl mühafizə şirkətlərinin vəzifəli şəxsləri ayrı-ayrı vətəndaşların etibarından sui-istifadə edərək onların külli miqdarda vəsaitlərini ələ keçiriblər. Müəyyən olunub ki, “General” MMC, daha sonra “Azər Mühafizə” MMC və “Qala BTX” MMC adlı özəl mühafizə şirkətlərinin direktoru Vüqar Hüseynov adı çəkilən qurumların vəzifəli şəxsləri Mirabtalıb Cəfərov, Kamil Bayramov, Aydın Həsənov, Fariz Babayev və başqalarından ibarət mütəşəkkil dəstə yaradıb. Dəstə üzvləri 2013-2014-cü illər ərzində mühafizəçi və başqa vəzifələrə qəbul olunmaları üçün ayrı-ayrı vətəndaşları aldadaraq depozitə pul qoymalarına inandırıb, sonra taladıqları vəsaitin bir qismini əməkhaqqı kimi onlara qaytararaq digərlərinin də bu adla daha çox pul ödəmələrinə nail olublar. Beləliklə də, həmin şəxslər paytaxtda, respublikanın digər şəhər və rayonlarında vətəndaşlara qarşı dələduzluq ediblər.

 

Ümumilikdə iş üzrə 38 nəfər təqsirləndirilən şəxs, 5200 nəfər zərərçəkmiş var. Hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində, hakim Faiq Qəniyevin sədrliyi ilə “Qala BTX” MMC adlı özəl mühafizə şirkətlərinin direktoru Vüqar Hüseynov və daha 37 nəfər şəxsin cinayət işi üzrə məhkəməyə baxılır.

 

Xatırladaq ki, Namiq Məhərrəmov da eyni əmələ görə təqsirli bilinir. O, 38 nəfər şəxs həbs edilərkən istintaqdan yayınıb. Bu səbəbdən Namiq Məhərrəmovun barəsində axtarış elan olunub. O, daha sonra həbs edilib, işi ayrıca icraata verilib. İttiham aktına əsasən Namiq Məhərrəmov vətəndaşları mühafizə işinə düzəltmək adı altında aldadaraq, onların 180 min 615 manat pulunu dələduzluq yolu ilə mənimsəyib.

 

Apa


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam