Redaktor seçimi
QHT-lərə Dövlət Dəstəyi Agentliyi korrupsiya bataqlığında:
SOSIAL Anar Məmmədovun ofis adamının LÜKS HƏYATI -"Mərc oyunları"nda "bəxti gətirən" Teymurov /
“Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” dövlət büdcəsinin qayğısına belə qalır -
QHT-lərə Dövlət Dəstəyi Agentliyi təftiş edilir –
“Bu hakimiyyəti bir qaşıq suda boğaram” deyənlərə dövlət təltifləri verilir -
““Qarabağ Oil” zavodunun direktoru Gülpəri Bayramova əməkhaqqımızı vermir” -
Ceyhun Bayramovun və oğlunun yeni biznes layihəsi -
 QHT sektoru mafiya qanunları ilə idarə edilir: Qrantlar kimlərinsə həyat yoldaşları, qızları, gəlinləri, məşuqələrinə ayrılır -
Günün xəbəri

Bakıda bağçada BİABIRÇILIQ- "Kasıblar qrupu" yaradıldı

Bakıda bağçada BİABIRÇILIQ

 

Paytaxtın Yasamal rayonunda yerləşən 60 nömrəli uşaq bağçasından valideynlər şikayətçidir

 

Yenixeber.org: Narazılığa səbəb bağçaya yeni gələn direktorun tətbiq etdiyi qaydalardır. Valideynlər iddia edir ki, direktor Məsmə Quliyeva hər uşağa görə onlardan 50 manat pul istəyib. Bu pulu verə bilməyən valideynlərin uşaqlarını isə yaratmış olduğu yeni qrupa yığır. Valideynlər arasında "Kasıblar qrupu" adlandırılan qrupda yaş fərqi olmayaraq, bütün uşaqlar eyni dərsi keçir. Bu da onların təhsil səviyyələrinə mənfi təsir göstərir. Bu səbəblə, 20-dən çox valideyn Bakı şəhər İcra Hakimiyyətinə şikayət ərizəsi ilə müraciət ediblər.

Məsələ ilə bağlı Yasamal rayon 60 nömrəli uşaq bağçası ilə əlaqə saxladıq. Bildirildi ki, direktor mediaya açıqlama vermək istəmir. Problemlə bağlı bağçaya bu gün səhər saatlarında Bakı şəhər İcra Hakimiyyətindən komissiya gəlib. Komissiya direktordan məsələ ilə bağlı açıqlama alıb və gedib.

Problemlə bağlı Bakı Şəhər İcra Hakimiyyəti ilə əlaqə saxlamağa çalışsaq da, həmişə olduğu kimi zənglərimizə cavab verən olmadı.

Məsələ diqqətimizdədir...

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam