Redaktor seçimi
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Bakını "Qəzza zolağına çevirən" kimlərdir(?)!: “Şamaxılı Cavid”ə "DUR" deyin...-
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır:
“Əcəmi”də “can bazarı”:
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
Günün xəbəri

“Abutalıbovdan tələb edirəm, o müdiri işdən çıxarsın”

 

 

 

Bakı şəhərinin Yasamal rayonunda yerləşən 60 saylı uşaq bağçasında "Kasıblar qrupu"nun yaradılması həm ictimai şəxslər, həm də cəmiyyət tərəfindən şiddətlə qarşılanıb

 

Yenixeber.org: Məsələylə bağlı münasibətini bildirən millət vəkili Çingiz Qənizadə də bağçada baş verənlərlə bağlı yazını oxuyub çox hiddətləndiyini bildirib. 

Deputat belə bir halın baş verdiyi təqdirdə bağça müdirəsinin dərhal vəzifəsindən uzaqlaşdırılmalı olduğunu qeyd edib: "Mən valideynlərin şikayət məktubunu oxudum. Onlar Bakı Şəhər İcra Hakimiyyətinin Məktəbəqədər Təhsil Müəssisələri və Uşaq Evləri İdarəsindən məsələnin araşdırılmasını tələb edirlər. Bir şeyi başa düşə bilmirəm ki, iki nəfərin şahidliyi ilə bir adama qarşı hansısa hüquqa zidd hərəkət edildikdə dərhal hüquqi mexanizmlər işə düşür, cinayət işi başlanılır. Amma iyirmiyədək valideynin şikayətinin yoxlanılması üçün müvafiq komissiyanın yaradılması niyə bu qədər ləngidilir? Bakı Şəhər İcra Hakimiyyəti rəhərliyini dərhal bu məsələni nəzarətə götürməyə çağırıram. Həqiqətən də bağçada kasıblar qrupu yardılıbsa və valideynlərin sosial durumuna görə rüşvət vermədiyi üçün uşaqlar ayrı-seçkilik halı ilə qarşılaşırsa, olduqca ciddi məsələdir. 

Biz bu halın qarşısını bu gün almasaq, sabaq başqa bağçalarda da bu kimi hallar artmağa başlayacaq. Əvvəla 50-60 manat pulun istənilməsi, pul verməyən uşaqların ingilis dili və rəqs dərslərinə buraxılmaması yolverilməzdir. Hansı dövrdə yaşayırıq? Azərbaycan hüquqi dövlətdir. Hər bir rəhbər təlimatlara uyğun olaraq işini davam etdirməlidir. Bu məsələ mənə o qədər ağır təsir edib ki, hazırda açıqlama verən zaman belə əsəbimi cilovlaya bilmirəm. Körpələrə bu cür yanaşma ilə onların psixologiyasına təsir edirlər. Onlar psixoloji travma alır. Necə olur ki, Əhməd, Məmməd valideyni pul verdiyi üçün VİP, digərləri isə kasıblar qrupunda yerləşdirilir. 

Mən Bakı Şəhər icra başçısı Hacıbala Abutalıbovdan tələb edirəm ki, bu işi hansısa idarə rəisinin yox, şəxsən özünün nəzarətinə götürsün. Bağçada baş verən bu hallar, yazılanlar həqiqətə uyğundursa, həmin bağça müdirəsi dərhal işdən kənarlaşdırılsın".

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam