Redaktor seçimi
BSU-nun rektoru Anar Nağıyevə "İTTİHAM YAĞIŞI":
Həmkarlar İttifaqında qərar verən əsas güc- NİGAR VAHABZADƏ KİMDİR?-
GENERAL MEHDİYEV - GÖMRÜKDƏN BİZNESƏ... - DGK-nın keçmiş şefi necə “uğurlu biznesmen” oldu? +
Fuad Muradovun "adamı" Azərbaycanı "diktatura rejimi" adlandırdı -
Bakını "Qəzza zolağına çevirən" kimlərdir(?)!: “Şamaxılı Cavid”ə "DUR" deyin...-
Əmlak Məsələləri Dövlət Xidməti “Qobu əməliyyatı”na hazırlaşır:
“Əcəmi”də “can bazarı”:
Heydər Əliyevin posterini sökdürən Vüqar Sədiyev bu qədər sərvəti hansı məmurun hesabına əldə edib? -
Günün xəbəri

Ətçəkən maşın, yoxsa, provayder?

 

Rabitəyə məsul məmurlarımız öz yerlərini tapa bilməyibmi? 

Yenixeber.org: Azərbaycan cəmiyyətində ətçəkən maşına internet provayderindən daha çox hörmət edirlər. Çünki bu məişət əşyası öz üzərinə düşən vəzifəni yerinə yetirir, amma provayder yox. 
Ətçəkən maşının dişlərini təmizləyəndə, problem aradan qalxır… 
Amma provayderlərimizdən nə qədər gileylənsən də, nə qədər evə usta çağırsan da, hətta dövlət səviyyəsində “təmizləmə əməliyyatı” aparılsa da, problem aradan qalxmır. 
Hər halda, “Delta Telecom”dakı “təmizləmə əməliyyatı” çoxunun yadındadır… 
MTN söhbətlərindən 2 ilə yaxın vaxt keçir. Həmin ərəfədə nə oldusa, nə baş verdisə, Allah bilir.. 
Həmin vaxtdan bəri rabitə və internet sistemi düzəlmək əvəzinə, daha da betər günə qaldı. 
Azərbaycanda ən azı 10 populyar provayder şirkəti var, amma heç biri haqqında da müsbət söz eşitmək olmur. 
Hər gün “Facebook”a daxil olarkən, “ana səhifə”də provayderlərdən şikayətlər oxuyuram. Kimsə “Bakinternet”dən, kimsə də “Aztelekom”dan gileylənir. 
Hər iki provayder ən çox şikayətlər eşidilən provayderlərdir. Yəni, şikayətlər siyahısına liderlik edirlər. Səhv etmirəmsə, hər iki provayder də məlum nazirliyə bağlıdır. 
Məlum nazirlik və məlum nazir ölkədəki rabitə və internet sisteminin məsuliyyətini necə anlayır, necə hiss edir və necə yerinə yetirirlər… 
Rabitəyə məsul məmurlarımız öz yerlərini tapa bilməyibmi? 
Yaxud, tapıblar, amma o yerin həddən artıq rahatlığı korlayır işləri? 
Bunlar başqa məsələ… 
Məndə məsuliyyət şkalası ölçən cihaz yoxdur, konkret olaraq fikir bildirməkdə çətinlik çəkərəm… 
Amma o da var ki, görünən kəndə bələdçi lazım deyil. 
Cəmiyyətin güzgüsü olan sosial şəbəkələrdə hər şey aydın görünür. Sadə vətəndaşlar yaşadıqları problemi aydın dilə gətirir… 
Hə, bir də ki, insanlar boş-boş xəbərlərə, “pulsuz vay-fay yerləri” barədə nağıllara ironiya ilə yanaşır. 
Çünki ortada nəticə də yoxdur, etimad da… 
Hazırda Azərbaycan vətəndaşları bizim rabitə məmurlarımıza inamla Məlikməmmədin nağılına inam arasında ciddi bir fərq görmürlər.(Legion) 


Rüfət Əhmədzadə


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam