Redaktor seçimi
“ƏLİLLƏR evi”nin KANALİZASİYASI, PANDUSU, 36 sotluq kompleksi “dövlət  sifarişi” ilə “yeyilib” -
“Seçilmişlərə” qrant, qalanlarına qadağa: QHT-lərə Dövlət Dəstəyi Agentliyində qaydasız oyunun arxitekturası -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
“Sumqayıt Hospital”da xəstə ƏHLİ aMANsız durumda – Akademik-deputatın adı hallanır /
90 dəqiqəlik “qrant möcüzəsi”: 602 layihə, 300 qalib və görünməmiş operativlik -
Aygün Əliyevanın “Üfüq”də görünən vəkilliyi - Adı başqa, içi başqa QHT layihələri/
Gəncə Dövlət Universiteti şəxsi maraqların girovunda -
Hüseynovların qohumu olan Rəşad Zeynalovla bağlı ŞOK İDDİALAR:
Günün xəbəri

İnternetlə bağlı yaranan problemin səbəbləri açıqlandı

Azərbaycanda internetlə bağlı yaranan problemin səbəbləri açıqlandı

Azərbaycanda internetə çıxış qismən bərpa olunub. Bununla belə, ölkə ərazisində əksər saytlara giriş mümkün deyil. Eyni zamanda internetin sürəti də olduqca zəifdir.
Xeberinfo.com:  Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən bildirilib ki, ölkəni internetlə təmin edən "Delta Telekom" şirkətində yanğın baş verib və bütün zəruri avadanlıqlar xəsarət alıb: 
"Fövqəladə Hallar Nazirliyinin əməkdaşları yanğını söndürüb. Hazırda alternativ kanallarla ölkə internetlə təmin olunub, lakin onun sürəti çox zəifdir. Lakin yaxın vaxtlarda avandanlıqlar tam yeniləri ilə əvəz olunacaq və ölkədə internetə çıxış və onun sürəti bərpa olunacaq". 17.51 Azərbaycanda internetin fasiləsiz təminatında problem baş verib. İnternet-provayderlərin və istifadəçilərin internetə çıxışında problem yaranıb. Hazırda şəbəkədə fasilələr də yaranıb. 
Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən (RYTN) "Report"a verilən məlumata görə, telekommunikasiya və informasiya texnologiyaları bazarında fəaliyyət göstərən əsas internet provayderi "Delta Telecom" şirkətinin şəbəkəsində problemlər baş verdiyindən bütün ölkə ərazisində də internetin yayımında fasilə yaranıb. "Hazırda Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və "Delta Telecom" şirkətinin əməkdaşları baş vermiş problemin aradan qaldırılması və səbəblərinin aydınlaşması ilə əlaqədar araşdırma aparılır", - deyə RYTN-dən bildirilib.

Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam