Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

İnternet niyə bir məkandan idarə olunur?- AÇIQLAMA

 

Dünən internetlə bağlı Azərbaycan ərazisində yaranan problem axşam saatlarında bərpa olunub. Lakin bu gün internetin verilməsində qısa fasilələlər müşahidə olunur.

 

Xeberinfo.com:   Xatırladaq ki, problem Azərbaycan ərazisinin 90 faizini internetlə təmin edən "Delta Telekom” şirkətində baş vermiş texniki nasazlıq səbəbindən yaranmışdı. 

"Delta Telekom"un daxili xidmət rəhbəri Anar Gülməmmədov Modern.az-a açıqlamasında bunun təbii olduğunu bildirib. O qeyd edib ki, problem tam olaraq aradan qaldırılıb.

“Azərbaycan ərazisi internetlə tam təmin olunub. Müəyyən ərazilərdə sürətlə bağlı problem ola bilər. O da qısa müddətə aradan qaldırılır”.

A.Gülməmədov ilkin versiyaya görə, yanğının kabellərdə qızma nəticəsində meydana gəldiyini qeyd edib.

“Problemin əsas səbəbi artıq araşdırmalardan sonra məlum olacaq. İlkin olaraq məlumdur ki, kabellərdə qızma nəticəsində tüstülənmə baş verib. Bunun yüklənmə ilə əlaqəsi yoxdur”.

Azərbaycan ərazisinin 90 faiz internetlə təmin edən şirkətin nümayəndəsi respublikada bir şəbəkənin bir mərkəzdən idarə olunması məsələsinə də aydınlıq gətirib.

“Azərbaycanda internet bir məkandan idarə olunmur. Bu başqa mövzudur. Bizdə başqa alternativlər də var. Onlardan istifadənin aşağı olması isə artıq bizim məsələ deyil”.

Qeyd edək ki, dünən 16:30 radələrində Azərbaycanda internetlə bağlı problem yaranıb. Ölkənin demək olar ki, əksər aparıcı internet provayderlərinin abunəçilərə verdiyi internet kəsilib.
Respublikada yaranmış internet problemini Delta Telecom-dan qaynaqlanıb və kabellərdə 
baş vermiş yanğın ölkə ərazisində internetin kəsilməsinə səbəb olub. 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam