Redaktor seçimi
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurmasında YENİ DETALLAR 
Murad Süleymanov susur – Baş həkim(?) Elnarə Canlının ali tibbi təhsili varmı? -
Fermer kartlarından mənimsənilən milyonlar - Vəzifəli şəxslər və saxta terminallar -
Xüsusi Təyinatlı Yol idarəsində xüsusi rejim:
Qida təhlükəsizliyi üzərində qanunsuz “İctimai Şura” eksperimenti - Açıq şəkildə saxtakarlıq/
Anar Əlizadə haqqında ŞOK FAKTLAR - Yarım milyonluq saat, İstanbuldakı mülklər və Adnan Əhmədzadə ilə... /
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin “sehrli” qrant mexanizmi: İrəvan var, Gəncə yox(?) -
Salyanın keçmiş imperatorunun oğlu Rumıniyanı satın aldı -
Günün xəbəri

İnternetdə "Mavi balina" bəlası

İnternetdə "Mavi balina" bəlası

 

İnternet üzərindən yayılan və yeniyetmələri öz təsiri altına alan oyunlarla bağlı problem kifayət qədər ciddidir və bu, təkcə “Mavi balina” ilə yekunlaşmır

 

Yenixeber.org: Bunu Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib.

O.Gündüz bildirib ki, son dövrlərdə uşaq və yeniyetmələrə psixoloji cəhətdən mənfi təsir edən belə oyunlar yayılıb: “Problem isə ondadır ki, bu oyunların bəlli bir mərkəzi yoxdur. Bu oyunlar, adətən, sosial şəbəkələr, müxtəlif qruplar, heşteqlər, “link”lər vasitəsilə yayılır. Yəni əvvəlki klassik oyunların bəlli bir mənbəyi olurdu, o mənbəni bağlayırdın və problem həll olunurdu. Amma indiki halda bu oyunların bəlli bir mənbəyi olmadığına görə onların qarşısını almaq o qədər də asan deyil”.

O vurğulayıb ki, əsas problemlər son nöqtədə cərəyan edir: “Son nöqtə də evlər, məktəblər, internet-klublardır, yəni son istifadəçidir. Düşünürəm ki, burada problem uşaqlarla və valideynlərlə bağlıdır. İndiki zamanda hər evdə kompüter var, internet var, sosial şəbəkələrdən istifadə edilir. Belə olan halda əgər uşağa valideyn nəzarəti yoxdursa, uşaq tora düşə bilər. Ona görə də burada valideyn nəzarəti olmalıdır, uşağın nə işlə məşğul olduğunu diqqətdə saxlamalıdır. Eyni zamanda, müvafiq dövlət qurumları var və onlar maarifçilik işi aparmalı, həyəcan siqnalı çalmalıdır. Bu istiqamətdə hüquq-mühafizə orqanları da digər qurumlarla əməkdaşlıq etməlidir”.

Qeyd edək ki, son zamanlar internetdə “Mavi balina” adlanan daha bir təhlükəli oyun yayılıb. Bu oyunun şərtlərinə əsasən, iştirakçılar qollarını kəsib şəklini yükləməli, qorxulu videolara baxmalı, hündür yerdə fotosunu çəkib göndərməli və s. qorxunc və təhlükəli tapşırıqlar yerinə yetirməlidir. Türkiyə, Rusiya və digər ölkələrdə bu oyunun təsiri altına düşən xeyli sayda yeniyetmə intihar edib. Bu oyun artıq Azərbaycanda da yayılmağa başlayıb.

 


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam