Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

NƏ VAXTSA BU OLA BİLƏR?

 

 

 

 

 Yenixeber.org: Bu günlərdə "yenixeber.org" saytında bir yazı oxudum və istər-istəməz acı-acı güldüm,özümə və özümüzə yazığım gəldi. Ona görə ki, biz əzabkeşik, başıqapazlıyıq, istismar olunanıq. Özü də necə istismar olunan? Çox amansızcasına və qəddarcasına! Bütün bunları da çox rahat qarşılayırıq. Acizcəsinə deyirik: Nə edə bilərik ki? Çox şey edə bilərik və bilməliyik. Çox təəssüf ki, biləriklə bilməliyik sözlərinin arasındakı zaman uzaqlığı bizi gözləmə mövqeyində saxlayır. Və biz də beləcə əl-qolumuzu yanımıza salıb olanlarla barışırıq. Hətta  bunu alın yazısı, tale qarğışı kimi qəbul edirik. Əslində isə bu belə olmamalıdır. Haqqımızı, ədalətimizi bizim haqqımızı, ədalətimizi əlimizdən alıb bizi zəlil günə qoyanların boğazından tutub çığırda-çığırda almalıyıq.

 Bilirmisinizmi nə oxumuşam? Bəlkə də çoxunuz oxuyub. Belədirsə onda oxuyanlar oxumuyanlara, mən də hamınıza bəyan edim ki, bu gün hər sahədə bizdən min illər qabaq olan Aropada 4 günlük iş həftəsinə keçmək haqqında müzakirələr gedir. Bundan məndən qabaq xəbər tutan Millət vəkili Fazil Mustafa deyir, mən də Milli Məclisdə təklif edəcəm ki, ölkədə 8 saatlıq iş rejminə keçirilsin. Demək öz əlimizin, öz başımızın üstündə olan ölkəmizdə müstəqillik qazandığımız vaxtdan 8 saatlıq iş gününü bir dəfəlik ləğv etmişik. Keçmişik müddətsiz iş saatına. Bax, budur bizim insan kimi yaşamağımız. Quldarlıq dövründə quldarlar qulların başının üstündə durub onları  yıxılana, heydən düşənə kimi işlədirdilər. Bu insan haqqlarının pozulması, istismarı idi. Əcabə, bu gün biz hansı quruluşda yaşayırıq? İnsan da 14 və bəzən də 16 saat işləyərmi? Səhərki gün bu adam işə gəlmək gücündə olarmı? Təbi ki, yox.

  Bu gün ölkədə sadə vətəndaş 24 saatda işləsə yenə ailəsinin ehtiyacını təmin etmək bacarığında deyil. Görülmüş işin müqabilində dəyərləndirmə çox aşağı səviyyədədir. Özü də ərzaqın qiymətinin kəlləçarxda olduğu bir vaxtda. Təkcə ərzağınmı? Qətiyyən yox. Bütün ehtiyaclarımızın.

   Tikintidə, dövlət və özəl müəssisələrdə işçinin dərisini soyurlar. Adamlar tanıyıram, bu qədər ağırlığa ona görə dözür, boyun əyir ki, işsiz qalmasın, ailəsinin yanında başıaşağı, gözükölgəli olmasın. Bir nəfər tanışım var, gecəsi- gündüzü işdə keçirdi. İstirahəti, dincliyi yox idi, evə hamı yatandan sonra gəlirdi. Nə vaxt zəng edirdim deyirdi, işdəyəm. Bu adam özünü doğma evində kirayişin kimi hiss edirdi. Diri, ölü yeri tanımırdı. Bu qeyri- insani iş prinsipindən iyrəndi, bezdi ərzəsini verib işdən çıxdı. Beləcə dövlət işküzar, bacarıqlı bir mütəxəssisini itirdi. İıləmək insana məxsus olduğu kimi, dincəlmək, istirahət etmək də indana aiddir.

    Bəyənmədiyimiz, yeddi arxadönəninə gecə- gündüz söydüyümüz sovet hökuməti işcini məcburi olaraq məzuniyyətə göndərirdi, iş saatını aşağı salırdı, həmikarların hesabına istirah evlərinə,kurortlara göndərirdi. Ən başlıcası insana dəyər verirdi, qiymətləndirirdi. Amma bu gün o dəyər, o qayğı yoxdur. Mən bəlkə də qaytardılar prinsipləri ilə yaşayan adam deyiləm. Sadəcə olmuşları və olanları deyirəm.

 

   Məhərrəm Şəmkirli      


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam