Sumqayıtı “abad” eləyib “bərbad” hala düşdülər -ŞİKAYƏT VAR (VİDEO)
Sumqayıt şəhərinin abadlaşması üçün avadanlıq və tikinti materiallları verən sahibkarlar , eləcə də işlərin icrasını həyata keçirən fəhlələrin bir qismi yenidən Prezident Admistrasiyası önündə toplanıb.
Yenixeber.org: Zərərçəkmi 11 iş adamının da külli məbləğdə alacaqları var.
Aydın Abdullayev -119532 manat
İsa Qasımov -136500 manat
Eyvaz Abbasov – 201600 manat
Məhəmməd Əsgərov -176924 manat, 40000 dollar (bayrağın alınması üçün )
Çingiz Mansurov -248300 manat
Bilal Piriyev – 98339,50 manat
Rəşad Abbasov – 35600 manat
Bəxtiyar Əlinağıyev – 10270 manat
Zöhrab Rzayev – 264280 manat
İlham Məmmədov – 297000manat
Elçin Qarayev – 36000 manat
Sahibkarların da avadanlıqları aldıqları şirkətlərə, eləcə də icra işlərinin yerinə yetirilməsinə görə fəhlələrə borcu yaranıb. Onlar pullarını ala bilmədiyindən fəhlələr və borclular qarşısında çətin vəziyyətə düşüblər. Fəhlələrin əksəriyyəti rayonlardan gəlib işləyib. Bayramöncəsi ailələrinin yanına qayıtmağa üzləri olmadığını bildirir. Kimə müraciət etsələr dərdlərinə əlac edən tapılmır.
İş adamları birinci vitse-prezidentin onların problemini həll edəcəyini düşünür. Ona görə də Mehriban Əliyevaya müraciət ediblər.
Sumqayıt İcra Hakimiyyəti isə məsələ ilə heç bir açıqlama vermir.
azadliq.info