Redaktor seçimi
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Firdovsi Əliyevin başçı olduğu rayonda dövlətin pulu belə xərclənir -
Günün xəbəri

Tələbələrin yataqxana və kirayə mənzil tapmaq zülmü - VİDEO

telebelerTələbə adını qazanan bunun sevincini yaşamaqdan doymamış problemlərlə üz-üzə qalır, xüsusən də oxuyacağı şəhərdə qalacağı yer yoxdursa.

Xeberinfo.com:  Ali məktəblərin yataqxanalarında məskunlaşan məcburi köçkünlərin hələ 2010-cu ildən mərhələli şəkildə köçürülməsinə başlanılsa da, bu proses hələ də yekunlaşmayıb. Boşalan korpusların əksəriyyəti isə yaşamaq üçün yararsız haldadır.

Ağayar Məlikov Azərbaycan Dövlət Dəniz Akademiyasının 4-cü kurs tələbəsidir.Deyir ki, hələ birinci kursda oxuyanda akademiyanın öz yataqxanasında qalıb, amma bu çox çəkməyib, oradakı şəraitsizlik onu kirayə mənzil axtarışına çıxmaq məcburiyyətində qoyub. Bu il də dərslərin başlamasına bir ay qalmış Bakıya gəlib ki, kirayə mənzil tapsın:

“Ötən il 250 manata bir otaqlı evdə 3 nəfərlə qalırdıq. Lakin bu il həmin mənzilin qiyməti 400 -450 manat olub. Ev sahibi də qiymətində endirim etmək istəmir”.

Ölkədə ən çox tələbə qəbul olunan ali məktəblərdən biri də Bakı Dövlət Universitetidir. 9 yataqxana binasından yaşayışa yararlı cəmi bir korpus qalıb ki, orada da məcburi köçkünlər yaşayır. Universitet rəhbərliyinin dediyinə görə, həmin yataqxanada təxminən 100 tələbəni yerləşdirmək mümkündür və buna görə tələbədən heç bir ödəniş istənilmir.
Bakı Dövlət Universitetinin tələbə şəhərciyinin isə, vədlərə baxmayaraq, tikintisinə başlanmayıb. Ortalıqda yalnız tibb məntəqəsindən tutmuş bərbərxanasınadək olan yataqxana kompleksinin layihəsi var ki, ali məktəb rəhbərliyi bu layihənin tikintisi üçün maddi imkanının olmadığını, Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edildiyini deyir. Milli Məclisin Elm və Təhsil komissiyasının üzvü Asim Mollazadə isə deyir ki, yataqxana tikmək üçün universitetlər gərək dövlətə bel bağlamasın:

“Universitetlərin maliyyələşdirilməsində ciddi dəyişikliklər edilib, ali məktəblərə maliyyə azadlıqları verilib. Azərbaycanda fəaliyyət göstərən bir sıra universitetlərin imkanları da var”.

Yataqxana şəraitini yaxşılaşdıran ali məktəblər də var. Məsələn, Azərbaycan Dillər Universitetinin 2 yataqxanası var. Birində tamamilə, digərində qismən məcburi köçkünlər yaşayır. İki blokun mənzilləri isə təmir edilib və tələbələrin ixtiyarına verilib. Tibb Universitetinin də 6 yataqxanası var və burada 1000-dən çox tələbəni yerləşdirmək mümkündür. Tələbə yataqxanasında qalmaq tələbəyə ya pulsuz, ya da ayda 20-50 manata başa gəlir. Amma bu imkandan yararlana bilənlərin sayı kirayə ev axtarışına çıxanların sayından xeyli azdır. Ev dəllalı İfadə Həsənova deyir ki, bu tədris ili öncəsi də ona müraciət edən tələbələrin sayı artıb. Ölkədəki devalvasiya – manatın dollara nisbətən 2 dəfə ucuzlaşması da kirayə bazarına təsirsiz ötüşməyib:

“Tələbə də gəlib oturub burda ağlayır ki, imkanım yoxdur. Valideyn gəlib 200 manata ev axtarır ki, güclə dolanıram artığına imkanım çatmır. Üstəlik tələbənin yemək, nəqliyyat, geyimi və digər xərclərini də ailə qarşılamalıdır. Gələnlərin çoxu oğlanlardır, 3-4 nəfər bir yerdə qalmağa ev axtarır. Çünki 400-500 manata imkan yoxdur. 200-300 manata da mənzil”.

Ali məktəbin tələbə şəhərciyi, yəni kampus şəraiti varsa, bu onun dünya universitetlərinin reytinq sıralamasında öndə dayanmasına səbəb olur. Elə bu günlərdə – sentyabrın 6-da açıqlanmış QS Dünya Universitetləri Reytinqində Azərbaycandan da 3 universitet – Bakı Dövlət, Xəzər və Qafqaz Universitetlərinin adı reytinq siyahısındadır, amma 701-ci pillədən sonra gəlirlər. Təhsil eksperti Bəxtiyar Hacıyev hesab edir ki, yataqxanalar tələbələrin sosiallaşması, məişət qayğılarından azad olub təhsilə daha çox köklənməsi üçün də vacibdir:

“Sadə bir hesablama ilə bir tələbə kirayəyə azı 150 manat ödəyir. Min tələbənin qalmasını qarşılamaq dövlətə aya 150 min manata, bir ilə də 1,5 milyon manata başa gələr. Doğurdanmı neftlə zəngin olan Azərbaycanın tələbələrə ayırıcaq 1-2 milyon manatı yoxdur?”

Bəxtiyar Hacıyev hesab edir ki, bir çox xarici ölkələrdə olduğu kimi investorları da tələbə yataqxanalarının tikintisinə cəlb etmək olar. Bunun üçünsə ölkədə gərək mülkiyyət hüququ ilə bağlı problem olmaya, sahibkarların hüquqları qoruna ki, bu sahəyə maraq yarana, sərmayə qoyula. Təhsil eksperti Etibar Əliyevsə düşünür ki, hökumətin atmalı olduğu ən vacib addım ali məktəbləri şəhərdən kənarlara köçürməkdir. O hesab edir ki, universitetlər şəhərdə qaldığı müddətdə onların yataqxana problemi də həll olunmayacaq. (azadliq.org)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam