Redaktor seçimi
111№-li məktəbin 1№-li problemi:
Məmur QHT-si, dövlət qrantı və korrupsiya: Agentlik kimi qoruyur?-
Anar Əlizadə-Mübariz Mənsimov qarşıdurması yenidən başladı: 
QHT-lərə Dövlət Dəstəyi Agentliyi dövlət büdcəsini kofe aparatlarında "əridir" -
Qrant layihələri vaxtı bitən kampaniyalar kimi...-
“Azergold”da növbəti tender müəmması -
Musiqi məktəbinin ali təhsilli müəllimindən Adil Kərimliyə müraciət:
Gəncə Dövlət Universiteti rektorunun qapısında təhqir maşını...-
Günün xəbəri

Xətaidə növbəti yaşıl soyqırım-Ağaclar kəsilir,yerində obyekt tikiləcək….-FOTOFAKT

Aşağıda göstərilən şəkillərdən göründüyü kimi Xətai rayonu  Neapol  küç.11-də  ağaclar yerindədi, amma əraziyə  ağır texnika gətirilib ki, ağacları məhv  edilib qazıntı işləri aparılaraq obyekt tikilsin.

Yenixeber.org: Redaksiyamıza məlumat verən sakinlər bildiriblər ki, həmin ərazidə ağacları özləri əkiblər, uşağlar üçün kiçik meydança düzəldiblər,amma hal-hazırda artıq orada Xətai rayon Icra Hakimiyyətinin başçısı Rafiq Quliyevin xeyr duası ilə obyekt tikilməsi planlaşdırılır.

Xətai rayonu ərazisində bu hal ilk dəfə deyil.  Mütəmadi mətbuatda qeyd olunur ki, ağaclar kəsilir gecə vaxtı qanunsuz tikinti işləri aparılır.

Bakı şəhər İcra  Hakimiyyətinin başçısı  Eldar Əzizov müşavirə zamanı Rafiq Quliyevə ciddi xəbərdarlıq etməsinə baxmayaraq rayon ərazisində  ağaclar kəsilib yerində qanusuz tikinti işləri davam etdirilməkdədir.

Bəs görəsən bu qədər sağlam yaşıl ağacların məhv olunmasından Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Yaşıllaşdırma təsərrüfat birliyinin xəbəri var mı? Əgər məlumatları yoxdursa biz bildiririk. Hansı tədbirlər görüləcəyi ilə bağlı  araşdırmalarımız zamanı məlum olacaq.

Qeyd edək ki,  Rafiq Quliyev 2019-cu ildən Xətair Rayon İcra Hakimiyyətinin başçısıdır.

Bu məsələlərlə bağlı Xətai icra hakimyyətindən açıqlama almaq mümkün olmadı.(xalq.az)

    


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam