Redaktor seçimi
Sahib Məmmədov Araz Paşayevi niyə və necə “xərclədi” ?! -
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Günün xəbəri

Deputatın qurduğu şirkət TƏBİB-ə 50 milyonluq dərman satacaq -TƏFƏRRÜAT

TƏBİB-in tabeliyində fəaliyyət göstərən “İnnovasiya və Təchizat Mərkəzi” Publik Hüquqi Şəxs tərəfindən keçirilən tender müsabiqəsinin qalibi “Avromed Company” Qapalı Səhmdar Cəmiyyəti olub.
Yenixeber.org xəbər verir ki, TƏBİB “Avromed Company” QSC-yə “Şəkərli diabet xəstəliyi üzrə Dövlət Proqramı” üçün inyeksion şəkərsalıcı və oral hipoqlikemik dərman vasitələrinin satın alınmasına görə 50 milyon 239 min 833 manat 40 qəpik ödəyəcək.
Məlumat üçün bildirək ki, 57 min manat nizamnamə kapitalı olan “Avromed Company” QSC-nin qanuni təmsilçisi İskəndərov Kamran İnqilab oğludur. Şirkət 20 dekabr 2001-ci ildə dövlət qeydiyyatına alınıb.
Hazırda QSC-nin hüquqi ünvanı ölkənin aparıcı holdinqlərindən olan “Paşa Holdinq” ilə eyni ünvanda – Neftçilər pr. ev 153-də yerləşir.
Onu da bildirək ki, mətbuatda “Avromed Company” QSC-nin həmtəsisçilərindən birinin millət vəkili Cavanşir Feyziyev olduğu bildirilir. Cavanşir Feyziyevin rəsmi tərcümeyi-halında 2002-2010-cu illərdə “Avromed Company” QSC-nin baş direktoru olduğu göstərilir. 2020-ci ilin dekabr ayında “Avromed Company” QSC-dən verilən açıqlamada qeyd olunub ki, Cavanşir Feyziyev 1 dekabr 2010-cu il tarixinədək “Avromed”in direktoru vəzifəsində çalışıb və 2016-cı ildə şirkətdəki səhmlərini satıb.(Yeniavaz)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam