Redaktor seçimi
Sahib Məmmədov Araz Paşayevi niyə və necə “xərclədi” ?! -
 QHT-lərə Dövlət Dəstəyi Agentliyindən daha bir qrant hədiyyəsi... -  
Saleh Məmmədovun müsahibi Müseyib Həmzəyevin 650 minlik avtomobili -
Gəncə Dövlət Universitetində özbaşınalıqlara son qoyulsun! –
QHT-lərə Dövlət Dəstəyi Agentliyində BAŞ SAYMAQLA, BAŞ QATILIR!: Dövlətin pulu belə “YEYİLİR” –
Mingəçevirin icra başçısını Ramiz Mehdiyevin yaxın adamı ilə nə bağlayır(?)! -
Faiq Qürbətov dövlətin pulun könül istəyi ilə xərcləməkdə davam edir:
AAYDA qohumbazlığın girovluğunda: Həmzəyevlər faktorunun püskürdüyü zəhər –
Günün xəbəri

AYNA-nın 6.5 milyonluq anlaşması: Bahalı layihə, ya şişirtmə? -DETALLAR

 

Son zamanlar ən çox tənqid olunan qurumlardan biri olan Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) böyük məbləğli tender keçirib.

Yenixeber.org xəbər verir ki, iyulun 18-də elan edilmiş nəticələrə görə, AYNA-nın tenderinin qalibi “AZ SOFTVARE SYSTEM” QSC olub.

“Rəqəmsal Nəqliyyat və Logistika Platformasının (Hazırlanması) satın alınması” adlı layihə üçün elan edilmiş tenderin məbləği isə 6.560.800 manat təşkil edib.
Qeyd edək ki, bu çox yüksək məbləğli bir layihədir. Və AYNA buna hansı səbəbdən zərurət duyub, bəlli deyil.
Bildirək ki, “AZ SOFTVARE SYSTEM” şirkəti Bakı, Xətai pr.34, Luxen Plaza, 9-cu mərtəbədə yerləşir. Bir sıra texnoloji, və proqram təminatı üzrə ixtisaslaşıb. Şirkətin rəhbərinin adı nə rəsmi saytda, nə də hər hansı sistemdə görünmür.
Bu şirkətin adı həmçinin bir çox tenderlərdə hallanır. Və həmin tenderlərin heç biri kiçik rəqəmli olmayıb.
Bu layihənin bu qədər böyük məbləğə başa gəlməsi istər istəməz müəyyən şübhələrə yol açır. Çünki Azərbaycanda bir çox tenderlərin məqsədli şəkildə şişirdilməsi halları baş verib, hətta bununla əlaqədar rəsmi qurumlar cinayət işləri də açıblar. Elə bu səbəbdən də AYNA ilə “AZ SOFTVARE SYSTEM” arasındakı 6.5 milyonluq tender anlaşması əsaslı olaraq müəyyən gümanlara yol açıb. Həmin gümanlar isə bu layihənin şişirtmə, yoxsa bahalı olması sualını yaradıb.(Tribunainfo)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam