Redaktor seçimi
Qazinin Dövlət Qurumunda 3 Aylıq “Əsirlik” Həyatı -
Baba Rzayevin şəxsi maraqları “Lubristar LLC” MMC ilə harada toqquşdu?! -
ADAU-da Zəfər Qurbanovun qiyabiçi rektorluğu... -
"Unibank"ın rəhbəri Eldar Qəribovun Fransadakı izləri...-Oğlu İlkin Qəribli birinci oyundan "əli yaxşı gətirmiş" qumarbazdır/
Suraxanı məmurları Adil Əliyevin adını şəhid ailəsinin torpağını dağıtmaqda hallandırır -
Sərdar Ortac, Mehmet Əli Ərbil və Sahil Babayevin “qumar kontoru” -
Sumqayıt Dövlət Universiteti belə təmir edilir:
Sahil Babayevin "kontor"unda qumar oynanılır?! -
Günün xəbəri

“Polat Yol Yapı” türk şirkəti yerli sub-podratçıların haqqını vermir -ŞİKAYƏT/VİDEO

FHN “Polat Yol Yapı“ şirkətinin fəaliyyətini araşdıracaq? - » Civil  Azerbaijan - İnformasiya portalı
Yenixeber.org: Oxucularımız bəlkə də xatırlayarlar, hələ ilyarım bundan qabaq «Polat Yol Yapı» inşaat şirkətinin fəaliyyətindəki neqativ halları qınayan məqalə ilə çıxış etmişdik və bildirmişdik ki, bu şirkətin ölkəmizdə gördüyü keyfiyyətsiz işlər Türkiyə-Azərbaycan qardaşlıq münasibətlərinin ruhuna uyğun deyil.
Qərb bölgəsində ezamiyyətdə olarkən “Polat Yol Yapı” şirkətinin yarıtmaz işinin şahidi olduq. Mayın 10-da apardığımız müşahidə əsasında aşkar etdik ki, iki gün əvvəl yağan yağış nəticəsində yolun Qovlar qəsəbəsinə düşən nahiyəsində beton kanallar bərkidilməmiş qaldığından, yoldan axan su kütləsi həmin kanalların ətrafındakı torpağı yuyub aparıb.


Xatırladaq ki, o vaxt xəbər qaynaqlarında Azərbaycanın beynəlxalq əhəmiyyətli əsas tranzit avtomagistrallarından biri olan Bakı-Qazax yolunun “əsaslı şəkildə yenidən qurulduqdan” cəmi bir neçə il sonra sıradan çıxması, Bakının Qaradağ rayonundan başlayaraq Bakı-Qazax magistralının demək olar Gəncəyə qədər hissəsinin sağ zolağında asfalt örtüyü korlanması, bəzi hissələrdə, magistralın xüsusən Hacıqabul rayonuna qədər olan hissəsində yolun asfalt örtüyündəki qabarmalar və çöküntülərin ciddi qəza riski yaratması barədə informasiyalar gedirdi. Bir neçə il əvvəl KİV-də “Polat Yol Yapı” türk inşaat şirkətinin Ağcabədi rayonunda yerli qurumları “ələ alaraq” Qarqar çayı ətrafında yeraltı sərvətlərimizi talaması barədə tənqidi informasiyalar dərc olunmuşdu. O vaxt Gəncə-Bəhrəmtəpə yolunun tikintisini həyata keçirən türk şirkətinin çay yatağındakı çınqıl və qum yataqlarını qanunsuz olaraq istismar etməsinə aidiyyatı qurumlar nədənsə susmuşdular. Sonra da Avropa Yenidənqurma və İnkişaf Bankı ilə imzalanmış borc sazişi əsasında həyata keçirilən Mingəçevir-Bəhrəmtəpə avtomobil yolunda kommunikasiya xətlərinin köçürülməsi, suötürücü boruların, su və yeraltı keçidlərin inşası işləri heç də keyfiyyətli və real faktorlara uyğun aparılmadığı barədə xəbərlər dolaşdı. Bildirilirdi ki, əsas hissəsi Yuxarı Qarabağ kanalının alt hissəsini təşkil edən yolda yolaltı su xəttləri yalnız yolun asfalt örtüyünün, ən yaxşı halda isə yolun çiyinləri enində inşa edilib. Yolda inşa edilən su xəttlərinin diametrləri 40-50 il əvvəl yüz min hektarlarla münbit torpaqların suvarılması üçün istismara verilmiş Yuxarı Qarabağ kanalının su xəttlərinin diametri ilə uyğun gəlməməklə yanaşı, beton divarları da paralellik təşkil etmir. “Polat Yol Yapı” şirkəti təbiətimizə də vandalcasına yanaşaraq, Yuxarı Qarabağ kanalının sol qoruyucu bəndinin daha da keyfiyyətli və uzunömürlü olması üçün burada 30-40 il əvvəl dövlət tərəfindən salınan kol və meşə zolağını da məhv etmişdi.
Nə isə, adı çəkilən şirkətin fəaliyyətində neqativ hallar indi də davam etməkdə və get-gedə daha artrıq narahatlıq doğurmaqdadır. Bu günlərdə redaksiyamıza daxil olan məlumatda bildirilir ki, “Polat Yol Yapı” şirkəti yerli podratçı firmalarla bağladığı müqavilələrin şərtlərini pozur. Belə ki, “Polat Yol Yapı” şirkəti işğaldan azad olunmuş Qarabağda gördüyü işlər çərçivəsində “İnnovation Construktion Group” MMC ilə 21 noyabr 2023-cü il tarixli podrat müqaviləsi bağlayıb (MMC-nin qanuni direktoru Orxan Rüstəmov olsa da, sənəddə Bəhruz Babayevin imzası gedir). “İnnovation Construktion Group” MMC isə öz növbəsində fərdi sahibkar Tağıyev Xəqani İsmayıl oğlu və fərdi sahibkar Tağıyeva Rəksanə Tahir qızı ilə sub-podrat üsulu ilə texnika üçün 26 iş günü üzrə 12840 manat olmaqla iki texnika ilə 3 ay ərzində, 2texnika*3 ay * 12840= 77040 (yetmiş yeddi min qırx) manatlıq müqavilə bağlayıb. Texnika iş görsə də, real alacağı olan 70.000 manatı MMC X.Tağıyevin pulunu vermir, texnikanı da saxlayıb qarın-yağışın altında. Müqavilədə razılaşdırılıb ki, hava şəraiti ilə əlaqədar boşdayanmaların pulunu MMC özü, texnikanın xarab olması nəticəsində yaranan gün itkilərinin pulunu isə icraçı ödəyəcək. X.Tağıyev bildirir ki, texnikanın xarab olması ilə əlaqədar cəmi 3 (üç) gün boşdayanma olub, qalan bir neçə gün isə bayram həftəsinə təsadüf edib, sifarişçi MMC öz işçilərinə istirahət verdiyinə görə, icraçı tərəfin “Hyundai R320LC-7A” markalı ekskovatorunu idarə edən sürücünü də evə buraxıb ki, onu yatacaq və yemək xərci ilə təmin etməsin.
Başqa bir şikayət isə “Polat Yol Yapı” şirkətinin başqa bir podratçı tərəf müqabili olan “Universal Texnika Mərkəzi” MMC-dəndir. MMC-nin direktoru Soltanov İxtiyar Dövlətxan oğlu Şükürova Müşkünaz Malik qızı ilə 26 dekabr 2023-cü il tarixdə 50 günlük və 20000 (iyirmi min) manat məbləğində müqavilə bağlayaraq ondan icarəyə texnika götürüb. Şikayət olunur ki, “Polat Yol Yapı” şirkətindən həmin pulu ala bilmirlər.



Məqalə dərc olunan ərəfədə İxtiyar Soltanov şikayətçilərin pullarının fevral ayının 18-də verəcəcəyinə söz versə də, nədənsə verdiyi sözə xilaf çıxdı
Qeyd olunan məsələlərdən birincisi ilə əlaqədar Orxan Rüstəmovla telefon əlaqəsi saxlayıb, münasibətini öyrənməyə çalışdıq. O.Rüstəmov şikayətlə bağlı mövqeyini bildirmək əvəzinə, ölkə Prezidentinin rəhbərliyi altında Qarabağda görülən işlərdən və bu işlərin həyata keçirilməsində tərəfdaş şirkətlərin, o cümlədən “Polat Yol Yapı” şirkətinin əhəmiyyətli rolundan danışdı. Bir sözlə, bizə işarə etdi ki, ölkə başçısı onun işlədiyi şirkətə “yaşıl işıq” yandırıb, nə istəsələr, edə bilərlər. Sonra acıqlı tərzdə bizi polislə hədələdi, vaxtını almamağımızı tələb etdi. Şikayətçilərə məhkəməyə müraciət etmələrini “tövsiyə” etdi.
Bu günlərdə Xəqani Tağıyev redaksiyamıza məlumat verdi ki, onlar Orxan Rüstəmovun onlara veriləck 70.000 manat pulu ala bilmədiyi üçün texnikalarını Qarabağdan aparmaq məcburiyyətində qalıb



Onu da qeyd edək ki, Getcontakt üzərindən axtarış edəndə ayrı-ayrı şəxslərin O.Rüstəmovu “loqistik daşımalar direktoru”, “noyomnik”, “karyer Orxan” (daş karxanası), “Azərkörpü”, “Məşədi” və s. adlar və ayamalarla tanıyırlar. Ümid edirik ki, aidiyyəti qurumlar Azərbaycan-Türkiyə qardaşlığının ruhuna zidd fəaliyyət göstərən “Polat Yol Yapı” şirkətini nəzarətə götürəcək.

P.S. Məqalədə dərc olunan problemlərlə bağlı “Polat Yol Yapı” türk şirkətinin rəhbəri Aydın bəylə dəfələrlə əlaqə saxlayıb votsap nömrəsinə şikayətçilərlə bağlı lazımi müraciətləri və sənədləri göndərsək də, sullarımıza cavab verən olmadı. Nəhayət qəti təkidimizdən sonra 0502509878 nömrəli mobil telefondan zəng edən şəxs özünü Aydın bəyin köməkçisi kimi təqdim edərək əsəbi halda,» Siz Aydın müəllimi narahat edirsiniz. Şikayətçi şirkətlərlə bizim müqaviləmiz yoxdur. Getsinlər öz probləmlərini müqavilə bağladıqları şirkətlərlə həll etsinlər.»
-Müqavilə bağladığınız şirkətlər deyirlər ki, “Polat Yol Yapı” türk şirkəti bizim pullarımızı ödəmədiklərinə görə biz də fəhlələrin pullarını verə bilmirik. Siz müqavilə bağladığınız şirkətlərin pullarını vermisinizmi?
-Biz özümüz bilərik kimin pulunu vermişik, kimin yox!(deryaz.az)
Məqalədə adları keçən şəxslərin də mövqeyini dərc etməyə hazırıq



Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam