Redaktor seçimi
Sumqayıtlı müəllimlərin əmək haqları kəsilir?! – 
Mingəçevir Təhsil sektorunun müdirini nazir müavini ilə nə bağlayır?!:  Sevinc Həsənova məsul şəxslər barədə kompramat toplayır -
TƏCİLİ! "Landmark Baku"da çalışan diplomatları iranlı qızlarla görüşdürüb çəkdirən iş adamının adı məlum oldu —
AzTU-nun rektoru Vilayət Vəliyevə "DUR" deyən tapılacaqmı?! -
Emin Əmrullayevin “Bəddualı paketi” -
AzTU-nun rektoru Vilayət Vəliyev "bazarkom" kimi -
Kosmetoloq İradə Məmmədovadan YENİ XƏBƏR:
Avrasiya Hospitalında həkimlər ölüm faktını gizlədib?! - müəmmalı 3000 manat, liftin qırılması və ...+
Günün xəbəri

Əhməd Əhmədovun qardaşları iş adamına qarşı dələduzluq edib? - Mənə qoçu dəstələr vastəsi ilə hədə-qorxu gəlirlər -ŞİKAYƏT

Yenixeber.org: Redaksiyamıza müraciət edən iş adamı Vurğun Həsənov bildirir ki, təxminən 2 il bundan əvvəl Sabunçu rayonunda yerləşən "PARK+" ticarət mərkəzinin 3-cü mərtəbəsini icarəyə götürərək restoran kimi fəaliyyətə başlayıb.
Sözügedən məkanın təmir işləri üçün 70 min manat sərmayə qoyub, işlədiyi vaxtda məlum olub ki, sözügedən obyekt Naxçıvanın keçmiş Daxili İşlər Naziri Əhməd Əhmədova məxsusdur.
Qardaşı Mahir Əhmədov bildirdi ki, obyekti icarədar kimi işlət, yaxın vaxtlarda icarə müqaviləsi bağlanacaq, amma vaxt keçdikcə müqavilədən müxtəlif bəhanələrlə imtina edirdilər.
"GREEN FLOOR" adlı restoranı təsis edib avadanlıqlarını aldım, əşyalardan qaşığa kimi mən aldım. 70 nəfər şəhid və qazi ailələrinin iştırakı ilə açılış etdim. 
Açılışından 20 gün sonra Əhməd Əhmədovun qardaşları Mahir və Əvəz Əhmədov mənə xüsusi qoçu dəstələri ilə hədə-qorxu gələrək zor gücünə məni məkandan kənarlaşdırdılar. 
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə, Baş Prokurorluğa, ölkə başçısına şikayət məktubları ünvanladım, DİN işi araşdırılması üçün Bakı Şəhər Baş Polis İdarəsinin təhqiqat idarəsində göndərdi, oradan isə adiyyəti üzrə Sabunçu rayon polis idarəsinə göndərdilər. 
Sözügedən idarədə Əhmədovların yaxın qohumu vəzifədə olduğu üçün işin operativ araşdırılmasına maneəçilik göstərildi. Bu günə kimi işdən hər hansı bir məlumat yoxdur.
Sonda iş adamı baş vermiş hadisə ilə bağlı Daxili İşlər Naziri cənab Vilayət Eyvazovdan və digər güc strukturlarından ona köməklik göstərilməsini xahiş edir.(Azerbaycanreallığı)


Facebook-da paylaş

Yeni xəbərlər

Reklam

Reklam